Vardanyan ifadə verdi: Satılanların adını açıqladı




      Bölmə: Xəbər Tarix: 05.10.2023 / 00:00

Avropa Parlamenti, ABŞ Konqresi, Samanta Pauer, çoxsaylı "jurnalistlər”, "ekspertlər” və "hüquq müdafiəçiləri” çətin vəziyyətə düşür.

44gun.az xəbər verir ki, 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edən və o vaxt çökməkdə olan "Artsax” layihəsini dirçəltmək üçün Xankəndiyə ezam olunan erməniəsilli rusiyalı milyarder Ruben Vardanyan indi çox fəal şəkildə azərbaycanlılara şahidlik edir.

O, istintaq orqanlarına özünün xaricdəki çoxsaylı etibarlı əlaqələri ilə bağlı detallı məlumatlar verir. Beləliklə, Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, "jurnalistlər”i, "hüquq müdafiəçilər”i və "ekspertlər”i ilə təmaslarına dair sənədli sübutlar əldə edib. Məlum olub ki, onlarla lobbiçilik fəaliyyəti üçün açıq maliyyə sövdələşmələri aparılıb ki, sövdələşmələrin də məğzi siyasi və informasiya xarakterlidir. Beləliklə, dünya ictimaiyyəti Ruben Vardanyanın "Karnegi Fondu” ilə əməkdaşlığının incə təfərrüatlarından tezliklə xəbərdar olacaq.Tomas de Vaal ciddi narahatlıq keçirməlidir. Britaniyalı mütəxəssisi xoşagəlməz sürprizlər gözləyir, çünki bütün sirlər açılır. İstintaqın təfərrüatları açıqlananda qalmaqallar Avropa Parlamentini, ABŞ Konqresini və Dövlət Departamentini silkələyəcək. Deməli, kiçik oyunçuların başı daha çox ağrıyacaq.

O da məlum olub ki, Donetsk separatçısı, hazırda Rusiya Federasiyası Dövlət Dumasının deputatı olan Aleksandr Boroday birbaşa R.Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, R.Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbas separatizminin dəstəklənməsində fəal iştirak edib və burada USAID-in rəhbəri Samanta Pauerlə bağlı incə məqamlar da ortaya çıxır. Onun Ruben Vardanyanla çox yaxın təmaslarının təfərrüatları Azərbaycan tərəfinə məlum olub. Ümumiyyətlə, sadəcə inanılmaz mənzərə ortaya çıxır. Samanta Pauerin timsalında Amerika administrasiyasının əsas fiqurlarından biri Ruben Vardanyanla əməkdaşlıq edir.

R.Vardanyan isə öz növbəsində eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir. Əsas sual budur ki, bu məqamda kim kimin üçün işləyib. İstisna etmək olmaz ki, R.Vardanyan erməni xislətinə uyğun olaraq ikili agent olub və bu da Rusiyanın ondan üz döndərməsinin səbəbi kimi anlaşıla bilər.(sfera)






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)