Ruben Vardanyandan YENİ XƏBƏR - Ömürlük həbs...




      Bölmə: Sosial Tarix: 03.10.2023 / 23:14

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bəs Ruben Vardanyan qanunverciliyimizə əsasən neçə il müddətinə azadlıqdan məhrum edilə bilər?

Məsələ ilə bağlı hüquqşünas Turan Abdullazadə Referans.az-a açıqlamasında bildirib ki, o, Azərbaycan Cinayət Məcəlləsinin bir neçə maddəsinə əsasən ittiham olunur:

“Bildiyimiz kimi, Ruben Vardanyan Qarabağda separatçılıq və terrorçuluq fəaliyyətinə təşkilatçılıq edərək terrorizmin bölgədə aktivləşməsində ciddi rol oynayıb. Yerli erməni icmasını Azərbaycan qanunlarına tabe olmamağa çağırıb, ərazi bütövlüyümüzə açıq-aşkar təhdid yaradıb, həmçinin etnik zəmində münaqişəni körükləyərək ölkəmizin sərvətlərinin qanunsuz olaraq talanmasında yaxından iştirak edib. Həmçinin onun əməlində müharibə və insanlıq əleyhinə olan cinayətlərin tərkibi var. Bundan başqa o, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib. O, Azərbaycan Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə və Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur”.

Hüquqşünas qeyd edib ki, irəli sürülmüş ittiham aktları öz təsdiqini taparsa Vardanyan hətta ömürlük həbs cəzası belə ala bilər. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 114-cü maddəsinə əsasən, muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: “Eyni zamanda terrorçuluğu maliyyələşdirmə, açıq çağırışlar, bu məqsədlə təlim keçmək ağır və xüsusilə ağır cinayətlər olmaqla çox sərt şəkildə cəzalandırılır. Bununla yanaşı Cinayət Məcəlləsinin 279-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr yaxud qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Turan Abdullazadə əlavə edib ki, Ruben Vardanyan ömürlük azadlıqdan məhrum edilərək həyatının geri qalanını dəmir barmaqlıqlar arasında keçirə bilər. Belə ki, ömürlük azadlıqdan məhrum etmə sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar xüsusilə ağır cinayətlərə görə müəyyən edilə bilər.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)