Fərhad Babayev vəfat etdi




      Bölmə: Mədəniyyət Tarix: 02.10.2023 / 17:14

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

44gun.az xəbər verir ki, Heydər Əliyev adına Sarayın sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar Mədəniyyət İşçisi Fərhad Ağa Səlim Babayev vəfat edib.

Qeyd edək ki, Fərhad Ağa Səlim oğlu Babayev 1948-ci ildə Bakı şəhərində anadan olub. O,1961-ci ildə Bakı neft texnikomunun avtomatik nəzarət-ölçü üzrə texnik elektromexanik fakültəsinə daxil olub. Oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun ali kvalifikasiyalı mədəni-maarif işçisi diplomunu alıb. 1973-cü ildən Heydər Əliyev adına Sarayda (keçmiş V. İ. Lenin adına) bədii quruluş hissəsində böyük səhnə maşinisti, 1973-cü ildən bədii quruluş hissə müdiri, 1979-cu ildən direktor müavini vəzifələrində çalışıb. 1989-cu ildən 2020-ci ilə qədər Heydər Əliyev adına Sarayın direktoru vəzifəsində çalışıb. 1991–1995-ci illərdə Bakı şəhəri sovetinin deputatı olub. Fərhad Babayev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.2018-ci ildə Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının yaranmasının "20 illik" yubiley döş nişanı ilə təltif olunub. Fərhad Babayev Heydər Əliyev adına Saray (keçmiş V. İ. Lenin adına) istifadəyə verildiyi müddətdən ilk fəaliyyət göstərən işçilərdəndir. Onun təhsil sahəsində yiyələndiyi biliklər sayəsində mükəmməl mühəndis və mədəni-maarif işçisi olaraq, Sarayın indiki kimi qorunub saxlanılmasında əməyi və xidmətləri vardır. Bu illərdə Fərhad Babayev özünü mədəniyyət aləmində yaradıcı, bacarıqlı və işgüzar işçi kimi göstərib. Rəhbərlik etdiyi Heydər Əliyev adına Sarayda tədbirlərin, konsertlərin iş prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyalarının tətbiqi ilə seçilib.

Fərhad Babayev Heydər Əliyev adına Saraya rəhbərlik etdiyi illər ərzində bir çox respublika miqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli ictimai-siyasi, mədəni-kütləvi və digər tədbirlərin, konsert proqramlarının hazırlanıb keçirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyətinə malik olması, kollektiv arasında sıx birlik yaratma bacarığı, hər bir işçinin rəhbər kimi qeydinə qalması onu kollektivə sevdirib, hörmət qazandırıb. Bir çox sənətkarların böyük səhnəyə ayaq açmasında və hal-hazırda əməkdar artist, xalq artisti adına layiq görülməsində məhz Fərhad Babayevin danılmaz zəhməti olub. Fərhad Babayev respublikamızda mədəniyyətin, xalq sənətinin inkişafı üçün çox işlər görmüşdür.O sənətin bütün növlərinin inkişafı və yayılması üçün əlindən gələn bilik-bacarığını sərf etmişdir.

Allah rəhmət eləsin.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)