"Biz matəm günlərimizi unutmalıyıq?! Bu nə yanaşmadır, Fazil Mustafa?! — ETİRAZ




      Bölmə: Gündəm Tarix: 02.10.2023 / 15:16

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa təqvimdən bütün matəm günlərinin çıxarılması təklifi ilə çıxış edib.

“Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır”, deyə, o qeyd edib. 

Tanınmış alim,  dosent Zaur Əliyev deputatın bu fikirlərinə kəskin etirazını bildirib. O, Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan müstəqillk əldə etdikdən sonra hazırda təqvimdə üç tarixi matəm günü kimi qeyd edirik:

“20 Yanvar – Sovet qoşunlarının törətdiyi qətliam, 26 Fevral – Xocalı soyqırımı və 31 Mart – azərbaycanlıların soyqırımı günü matəm günləridir. 

Zəfər qələbəsinə qədər isə işğal altında olan rayonları yada salırdıq, ancaq onlar matəm günü sayılmırdı.

Bu günləri ləğv etmək o deməkdir ki, biz tarixi yaddaşımızı silirik, unuduruq. Fazil Mustafa bu təklifi hansı məqsədlə edib, dəqiq deyə bilmərəm. Lakin dövlətin inkişafı, var olması üçün onun tarixi yaddaşını qoruyub, saxlamaq gərəkdir. Fazil Mustafa bu təklifi gələcəkdə Azərbaycan vətəndaşı olacaq erməniləri qorumaq üçün deyirsə, səhv edir. 1915-ci ildən bəri Cümhuriyyət dövründə də, Sovet dövründə də, indinin özündə də ermənilər qondarma soyqırımı əllərində bayraq edib, dünyaya tanıdırlar. 1965-ci ildə İrəvanda qondarma erməni soyqırımına ucaldılan abidə ilə ermənilər bu hadisəni tarixi yaddaş kimi qeyd edirlər. O zamanlar da birgə yaşayırdıq. 31 Mart soyqırımını onda kimsə yada salmırdı, amma ermənilərin uydurma soyqırım tarixi qeyd olunurdu”. 

Z.Əliyevin fikrincə, Fazil Mustafanın bu təklifi 20 Yanvar, 26 Fevral və 31 Martla bağlıdırsa, çox yanlışdır və dövlətçilik tariximizə, ideologiyamıza, gələcək siyasi xəttimizə ziddir:

“Belə çıxır ki, biz bu tarixlərdə şəhid olmuş o qədər insanı, soyqırıma məruz qalmış günahsızları unuduruq?! Bəli, qələbə günlərini keçirək. Cənab Prezident Sərəncam imzalayıb, azad olunmuş hər şəhərin öz günü var, 8 Noyabrı Zəfər Günü kimi qeyd edirik. Əgər 20 Yanvarı, Xocalını, Mart soyqırımını unuduruqsa, belə çıxır ki, hansısa dövlətin – ya Rusiyanın, ya da Ermənistanın diqtəsi ilə hərəkət edirik. Ermənilər Sovet dövründə uzun illər azərbaycanlılara təlqin etmişdi ki, may ayında toy etmək olmaz, uğursuzluq gətirir. Ermənilər may ayında türklərə qarşı soyqırım həyata keçirib, lakin özləri məğlub olub. Bununla bizi manipulyasiya ediblər uzun illər. Amma biz matəm günlərimizi unutmalıyıq?!  Belə çıxır ki, ermənilərlə birgə yaşayış olacaqsa, yaddaşımızı silməliyik? Gələcək nəsillərə bu günləri unutdurmaq lazımdır? 

Bu nə yanaşmadır, Fazil Mustafa?! Bu nə diqtədir?!”






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)