Avtobuslarda gedişhaqqı ARTIRILACAQ? - AYNA AÇIQLADI




      Bölmə: Xəbər Tarix: 29.09.2023 / 22:14

Ötən gün Bakıda ilk elektrik mühərrikli avtobus marşrut xəttinə buraxılıb və 5 nömrəli marşrut üzrə hərəkətə başlayıb. Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVts olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir. Məlumata görə, elektrik mühərrikli avtobusların hazırda normal yanacaqla işləyən marşrutlardan iki qat baha oladuğu bildirilir.


Bəs marşrut xətlərinə kütləvi elektrik mühərrikli avtobusların gətirilməsi hazırkı gedişhaqqı qiymətlərinin artırılmasına təsir edəcək?


Bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov Referans.az-a açıqlamasında bildirib ki, həmin avtobuslar dövlət hesabına gətirildiyi üçün hər hansı bir qiymət artımının olacağı güman edilmir:


"Həmin elektrik mühərrikli avtobusları dövlət öz büdcəsi hesabına alıb gətirir. Eyni zamanda onlar o qədər də çox sayda deyil. Hələ ki pilot layihədir və düşünürəm ki, uğurlu bir layihə olacaq. Hər hansı bir özəl daşıyıcı bu avtobusu alıb gətirməyib ki, hazırda ictimai nəqliyyatda qiymətlərin yüksəlməsi ilə bağlı fikirləri yaysınvə yaxud da ki, onu lobbiləşdirsin”.


Ekspert qeyd edib ki, ictimai elektrikli avtobusların buraxılması uzun zamandır ki, irəliləyən bir prosesin nəticəsidir. Onun sözlərinə görə, bunun kütləvi hal alması həm ekologiyanın təmizliyi, həm də sərnişinlərin rahatlığı üçün daha əlverişli olacaq: “İctimai nəqliyyata elektrikli avtobusıarın buraxılması Azərbaycan Respublikasında Yol Hərəkəti Təhlükəsizliyində dair dövlət proqramında təsbit olunub. Bundan əlavə Azərbaycan 2030-cu ilə qədər təmiz ətrtaf mühit və yaşıl artım ölkəsinə çevrilməli olduğu qyed olunub. Eyni zamanda bir sıra digər layihələr var ki, orda da təsbit olunub ki, ictiami nəqliyyatda istismar olunan avtobuslar ekoloji təmiz olmalıdır”.


Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Referans.az bildirildi ki, hələki bu barədə hər hansısa bir müzakirə getmir.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)