Bakıda məktəbli qıza maşına oturmağı təklif edən kişi həbs edildi




      Bölmə: Sosial Tarix: 29.09.2023 / 18:12

Bakıda məktəbli qıza qarşı xırda xuliqanlıqda ittiham edilən 46 yaşlı kişi həbs edilib.

44Gun.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən baş verib. 1977-ci il təvəllüdlü S.Nəbiyev (soyadlar şərtidir) səhər saat 06:50 radələrində Nizami rayonu Heydər Əliyev prospekti ilə avtomobillə gedərkən yolun kənarı ilə məktəbli qızın piyada getdiyini görüb. O, 14 yaşlı N.Rüstəmovadan məktəblərdən birinin yerini soruşub. Bu zaman yeniyetmə qız sürücüyə həmin məktəbin Qara Qarayev istiqamətində olduğunu deyib.

İttihama görə, bundan sonra avtomobilin sürücüsü təkidlə qızı avtomobilində əyləşməyə dəvət edib. Baş verən hadisədən narahat olan məktəbli qız həmin sürücü barəsində ailəsinə məlumat verib. Qızın atası hadisə barədə polisə məlumat verib və ərazidəki kamera görüntüləri əsasında avtomobil və sürücüsü müəyyən edilib. Saxlanılan 46 yaşlı şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

S.Nəbiyev protokolla birgə Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə saxlanılan şəxs məktəbli qıza qarşı pis niyyətinin olmadığını deyib: "İdarə etdiyim avtomobillə hərəkətdə olarkən işıqforda dayanmışdım. Yolun kənarı ilə gedən, sonradan adının N.Rüstəmova olduğunu bildiyim qızı görüb ondan  məktəbin yerini soruşdum. Məktəbin Qara Qarayevdə yerləşdiyini dedi. Öz qızım yadıma düşdüyünə görə tələsirsə, onu da getdiyi yerə avtomobillə apara biləcəyimi dedim. Mən namaz qılan adamam, deyilənlər cəfəngiyyatdır, qızı narahat edəcək hərəkətlər etməmişəm".

Zərərçəkmiş qızın atası isə saxlanılan şəxsin cəzalandırılmasını tələb edib: "Sürücü yol soruşmaq bəhanəsi ilə qızımı çağıraraq müxtəlif suallar verib, sonra avtomobilinə mindirməyə cəhd edib. Sürücü izahatında yalnız yolu soruşduğunu bildirib, hansı ki, həmin ərazidə səhər vaxtı işə gedən, dayanacaqda dayanan çoxsaylı insanlar olur, həmin şəxs azyaşlı qızdan deyil, həmin şəxslərdən yolu soruşmalı idi. Yolu soruşarkən isə israrla qızımı avtomobilinə mindirməyə cəhd göstərib".

Nizami Rayon Məhkəməsinin qərarı ilə S.Nəbiyevə 10 sutka inzibati həbs cəzası verilib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)