Qarabağdakı silah anbarları ilə bağlı şok faktlar: Azərbaycana hücum üçün… - Polkovnik açıqladı




      Bölmə: Siyasət Tarix: 26.09.2023 / 23:28

Antiterror tədbirləri bölgədə yeni bir mənzərə ortaya çıxardı. Artıq separatçılar və qanunsuz erməni birləşmələrinin silahları, hərbi texnikaları müsadirə edilir. Amma bu zaman ortaya çıxan faktlar olduqca ilgincdir. Çünki ərazi baxımından kiçik bir bölgəyə bu qədər silah-sursatın toplanması bir sıra suallar yaradır. Bu fakt keçmiş münaqişə dövründə nəzarətsiz qalmış Azərbaycan ərazilərinin qanunsuz silahların saxlanılması kimi istifadə edildiyini təsdiqləmiş olur.

Bunu  hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, bununla bağlı beynəlxalq konvensiyalar var:

“Sadəcə olaraq keçmiş münaqişə zonasına beynəlxalq qurumlar nəzarət etmirdi. Beynəlxalq silahlandırma qurumları mütəmadi olaraq ölkələrdə yoxlamalar aparır. Demək olar ki, bu qurum hər il belə yoxlamalar keçirir. Ermənistanda da bu cür yoxlamalar olur. Amma Qarabağda işğal dövründə olan nəzarətsizlik ucbatından həmin qurum burada hansısa bir təhqiqat apara bilməyib”.

Polkovnik hesab edir ki, Qarabağda indi təhvil-təslim prosesi zamanı bu qədər silah-sursatın aşkarlanması tamam başqa mətləblərdən xəbər verir: 

“Bir müddət öncə Ermənistanda olan revanşist qüvvələrin Azərbaycana qarşı təxribatlara hazırlaşdıqları məlum olmuşdu. Həmin qüvvələr Qarabağdakı qanunsuz birləşmələr vasitəsi ilə məhz bu silahlardan istifadə edərək öz çirkin məqsədlərini reallaşdırmaq niyyətində idilər”.

Şair Ramaldanov güclü Azərbaycan Ordusunun qabaqlayıcı tədbirləri ilə revanşistlərin bu niyyətlərinin alt-üst olduğunu bildirib:

“Hazırda Qarabağ silah-sursatdan təmizlənir. Bölgə silahsızlaşdırılır. Amma indiyə qədər Qarabağ dünyanın silah-sursatla ən çox çirklənmiş bölgəsi hesab edilirdi. İndi silahların təhvil alınması prosesi gedir. Amma burada fərqli yanaşmalar da ola bilər. Silahların təhvil verilməsi və təksilah anlayışları mövcuddur. Bu dəqiqə silahların təhvil alınması prosesi gedir. Ola bilsin bunun ardınca tərksilah edilməsi mərhələsi olsun. Kimlər ki silahı təhvil verməyib və yaxud bundan imtina edib, onlara qarşı addımların atılması qaçılmaz olacaq”./teleqraf.com/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)