Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu




      Bölmə: Sosial Tarix: 22.09.2023 / 15:32

2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə barəsində cinayət işi açılan və istintaqdan yayınaraq ölkədən qaçan şəxs həbs edilib.

44Gun.Az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin vaxt Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir–Bərpa Xidmətinin rəisi vəzifəsini tutumuş 1980-ci il təvəllüdlü İdrak Əsədov məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin materialları Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə İ.Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Əraziyə Təmir–Bərpa Xidmətinin əməkdaşları gəliblər və evin kənarında yer altından keçən qaz xəttinin karroziyaya uğrayaraq deşilməsini və qaz sızmasını müəyyən ediblər. Lakin qəzalı vəziyyət aradan qaldırılmayıb.

Bundan bir neçə gün sonra G.Kərimovanın oğlu evin daimi istifadə edilməyən otağının qapısını açaraq işığı yandırarkən yanğına keçən ani partlayış baş verib. Nəticədə ev sahibinin övladları 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu ağır yanıq xəsarətləri alıblar. Uşaqlar əvvəlcə rayondakı, daha sonra isə Bakıdakı xəstəxanaya yerləşdirilib. Lakin onların 3-ü də vəfat edib.

Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altnda toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub.

Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs edilib. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Bildirilib ki, İ.Əsədli istintaq dövründə İrana qaçıb.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)