Əhaliyə VACİB XƏBƏR VAR: Bu tarixdən elektrik enerjisinin qiyməti...




      Bölmə: Sosial Tarix: 21.09.2023 / 19:56

“Energetika haqqında” yeni qanunun qəbul olunmasının elektrik enerjisinin qiymətlərinə müsbət təsir göstərəcəyini düşünürük.

44gun.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, ötən gün komitənin iclasında müzakirə edilən və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Energetika haqqında” qanun layihəsi “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanunları arasında ümumiləşmə aparır, yəni bütün bu qanunlar bu qanuna istinad edəcək.

Komitə sədri vurğulayıb ki, bundan öncə “Elektroenergetika haqqında” qanunu qəbul ediləndə istehsal və satışın ayrılmasını məsələsi müzakirə olundu.

“2028-ci ildən başlayaraq elektrik enerjisinin satışı dövlət inhisarından çıxaraq tənzimləyici vasitəsilə tənzimlənəcək. Eyni zamanda daxili və xarici investorlar bu sahədə fəaliyyət göstərə biləcəklər, yəni elektrik enerjisinin satışı hissəsində. Amma ötürmə və paylama yenə də dövlətin inhisarında qalacaq. İstehsal isə sərbəst olacaq, misal üçün kimsə istəsə gəlib bir stansiya tikib, elektrik enerjisi istehsal edə və onu sərbəst şəkildə bazara sata biləcək. Ona görə də düşünürük ki, bazar rəqabəti olduğu üçün, yəni rəqabət mühitində elektrik enerjisinin qiymətləri aşağı düşməlidir”, - deyə S.Qurbanov bildirib.

O qeyd edib ki, əhalinin, ticarət obyektlərinin elektrik enerjisi təchizatçısını seçim imkanı olacaq. “Misal üçün insanların necə ki, mobil operatorları seçmək imkanı var, eyni qaydada elektrik enerjisi təchizatçısını seçmək imkanı olacaq. Əhali hansı şirkəti uyğun biləcəksə onunla müqavilə bağlayacaq və elektrik enerjisini onun tarifi ilə alacaq. Bu da əhalimizin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasında və eləcə də qiymət seçiminə imkan verəcək. Hazırda qiymət seçimi imkanı yoxdur, ancaq 2028-ci ildən sonra elektrik enerjisini almaqda qiymət seçimi də mümkün olacaq”, - deyə komitə sədri əlavə edib.

Qeyd edək ki, “Energetika haqqında” yeni qanunun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)