Xəsarət alan ekskavatorçudan XƏBƏR VAR - son durumu AÇIQLANDI




      Bölmə: Sosial Tarix: 20.09.2023 / 14:42

Ötən gün Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iriçaplı silahlardan atəşə tutulması nəticəsində yaralanan ekskavator operatoru Mehman Həsənovun vəziyyəti stabildir.

Qəlpə yaraları alan Mehman Həsənov Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sağ diz nahiyəsinin və sol dirsək nahiyəsinin qəlpə yaralanması diaqnozu ilə gətirilən M.Həsənovun yaraları cərrahi işlənilib. Lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyəti stabil olduğu, müalicəsinin davam etdirildiyi bildirilir.

Mehman Həsənov APA-ya deyib ki, ərazidə bərpa-quruculuq işləri görən zaman ermənilərin atdığı top mərmisi partlayıb və o, qəlpə yarası alıb.

Mehman Həsənov partlayış nəticəsində dirsək və diz nahiyəsindən xəsarətlər aldığını bildirib: "Ekskavatorçuyam, Ağdamda bərpa-quruculuq işləri görürdük. Həmişəki kimi işimi görürdüm. Anidən partlayış səsləri eşitdim. Həmin vaxt ekskavatorun içərisində idim. Nə baş verdiyini bilmədim. Texnikadan yerə düşən kimi qəlpə yaraları aldım. Texnikaya da ziyan dəyib”.

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində cinayətkar birlik halında qanunsuz yaradılmış Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Ağdam rayonunun iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində ərazidə bərpa quruculuq işləri aparan şirkətlərdən birinin ekskovator operatoru 1992-ci il təvəllüdlü mülki şəxs Həsənov Mehman Fikrət oğluna çoxsaylı qəlpə xəsarətləri yetirilməklə qəsdən öldürülməsinə cəhd edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.11, 29, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürməyə cəhd) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib.

Hazırkı şəraitdə prokurorluq əməkdaşları tərəfindən mümkün olan istintaq hərəkətləri aparılır.








SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)