Qarabağda məlumat vərəqələri havadan səpələnib? - AÇIQLAMA




      Bölmə: Gündəm Tarix: 19.09.2023 / 19:15

"Qarabağda yaşayan erməni əhalisinə Azərbaycan, ingilis və rus dilində ünvanlanan müraciət vərəqələr formasında dərc edilib. Bu müraciət lokal xarakterli antiterror tədbirlərinin Xankəndidəki separatçı rejimin ləğv edilməsi hədəfini ortaya qoyur".

Ölkə.Az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib. Onun sözlərinə görə, iki məqam bu kontekstdə xüsusilə əhəmiyyətlidir:

"Birincisi, müraciətin mətnidir: burada hədəfin qanunsuz dəstələri tərksilah edilməsi və separatçılar olduğu açıq qeyd olunur, Azərbaycan əsgərinin əhalini xuntadan xilas etməyə gəldiyi bildirilir;

İkincisi, müraciətin dərc olunduğu vərəqələr Xankəndiyə çatdırılmasıdır: müraciəti təkcə media və sosial şəbəkələrdə dərc etməklə erməni əhalisinə çatdırmaq imkanı azdır, bu baxımdan, müraciətin praktiki olaraq çatdırılması həyata keçirilə bilər ki, vərəqə formasında dərc edilməsi də buna hesablanıb. İstisna deyil ki, vərəqələr havadan şəhərə səpələnsin; dünyada antiterror tədbirləri zamanı terrorçuların nəzarət etdiyi ərazilərdə qalan əhali ilə bu formada təmas qurmaq təcrübəsi var".

A.Nərimanlı hesab edir ki, proseslər separatçıların çıxılmaz vəziyyətə düşdüyünü deməyə əsas verir:

"Paşinyan Ermənistanın “müharibəyə qoşulmayacağını” bildirib və Rusiya ilə BMT Təhlükəsizlik Şurasına Bakının antiterror tədbirlərini dayandırmaq çağırışı edib. Zaxarovanın “rəsmi İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə nə edək?” replikasını Rusiyanın prosesə müdaxilə etməyəcəyi mesajı kimi qəbul edə bilər. İrəvanın ümidi BMT TŞ-də Bakıya qarşı qərarın qəbul edilməsidir, Fransa buna nail olmağa çalışır, lakin müzakirələrin keçirilməsi mümkün olsa belə, hansısa qərarın/qətnamənin qəbul edilməsi ehtimalı azdır.

Erməni mənbələr separatçıların hərbi mövqeləri arasında rabitənin itdiyini, çaxnaşmanın düşdüyünü yazırlar".






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)