Astarada kitabxana işçiləri arasında İNSİDENT: “İş otağıma hücum edib məni söydü”




      Bölmə: Sosial Tarix: 18.09.2023 / 23:47

Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.

44gun.az “qafqazinfo”ya itinadən xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan 1974-cü il təvəllüdlü M.Məmmədova (soyadlar şərtidir) şöbə müdiri R.Babayevanın otağına daxil olaraq onu təhqir edib.

Dava-dalaşı kitabxananın digər işçiləri yatırıblar. Bundan sonra R.Babayeva polisə müraciət edib.

Polis tərəfindən saxlanılan M.Məmmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Astara Rayon Məhkəməsində keçirilən iclasda şöbə müdiri M.Məmmədovanın onu əsassız yerə söydüyünü bildirib:

“Saat 11:45 radələrində M.Məmmədova Mərkəzi Kitabxanadakı iş otağıma hücum edib, heç bir əsas olmadan məni təhqir edərək söyüşlər söydü. İş yoldaşlarımız daha sonra bizi sakitləşdirdi”.

Barəsində protokol tərtib edilən kitabxana əməkdaşı isə şöbə müdirinin onun haqqında xoşagəlməz şayiələr yaydığını iddia edib:

“R.Babayeva barəmdə yalan məlumat yaydığına görə onun otağında mübahisə etdik. Bərk əsəbləşdiyimə görə onun ünvanına nalayiq ifadələr işlətmişəm. Hazırda əməlimdən peşmanam”.

Məhkəmə 49 yaşlı M.Məmmədovanın 70 manat məbləğində cərimə edilməsi və dərhal sərbəst buraxılması barədə qərar qəbul edib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)