“Ziya Məmmədov elə bir yara qoyub gedib ki...” – Bakı-Sumqayıt yolundakı tıxacın ƏSL SƏBƏBLƏRİ |
Bölmə: Gündəm |
Tarix: 18.09.2023 / 14:30 |
Bakı-Sumqayıt yolundakı tıxaclar hər zaman müzakirə mövzusu olub. Xüsusilə də yağışlı və qarlı havalarda bu yolda hərəkət iflic olur. Bununla bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, Bakı-Sumqayıt yolunda sıxlığın yaranmasının iki səbəbi var. Müsahibimiz səhər saatlarında Bakı, axşam saatlarında isə Sumqayıt istiqamətində tıxacların olduğunu xatırladıb: “Səbəb isə odur ki, Sumqayıtda yaşayanların yarıdan çoxu paytaxtda işləyir və nəticədə, səhər saatlarında təxminən 200 mindən çox maşın həmin istiqamətdən şəhərə daxil olur. Lakin həmin yolun tutumu buna hesablanmayıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun komandası bərbad bir nəqliyyat siyasəti yürütdü və hazırda yaşadığımız problemlərin bir çoxunda bunun mənfi rolu var”. Ekspert qeyd edib ki, Xırdalan dairəsində körpü variantı tətbiq edilmədiyinə görə sürücülər həmin ərazidə tıxaca düşürlər: “Yolun ötürücülük qabiliyyəti dairədə hərəkət edən nəqliyyat vasitələrinə münasibətdə güclü deyil. “Şamaxinka” adlanan ərazidə, eyni zamanda tunelin girişində də vəziyyət eynidir. Vaxtilə “20 yanvar” dairəsini şaxələndirmək lazım idi, amma etmədilər. Oradakı körpü əslində şaxələnməli idi – yəni, məsələn, o körpüyə qalxıb “Şərifzadə” və ya “Zərdabi küçəsi”nə, “Qələbə dairəsi” istiqamətinə, sola “Ziya Bünyadov prospekti”nə gedə bilərdiniz , və ya geriyə dönüb tunelə qayıtmağa imkan yarada bilərdilər. Məcbur deyil ki, hamı gedib “20 yanvar dairəsi”nə girsin, daha sonra Şamaxinkaya qayıtsın, yaxud “Ziya Bünyadov prospekti”nə dönsün, “Şərifzadə küçəsi”nə getsin və.s. Qısası, körpü şaxələnsəydi, problemlər yaşanmazdı. Bakı-Sumqayıt yolunun əsas problemi “20 yanvar” və Xırdalan dairələridir. Ziya Məmmədov orada bir yara qoyub gedib və bu gün həmin yaranı sağlatmaq çox çətindir”.|sfera.az|
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|