Qarabağda işləyənlər əmək haqlarını ala bilmədiklərini deyirlər – Video
Bölmə: Xəbər
Tarix: 17.09.2023 / 23:44
Qubadlı-Zəngilan su xəttinin çəkilməsində iştirak edən işçilərin bir qismi əmək haqlarını ala bilmədiklərini iddia edirlər.
Onlar buna görə “Emek Mühendislik” MMC-nin inzibati binası qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya zamanı şirkət nümayəndələri ilə işçilər arasında mübahisə yaşanıb.
“Time TV”nin etiraz aksiyasından yaydığı kadrları təqdim edirik:
Qeyd edək ki, “Emek Mühendislik” MMC 27 yanvar 10 manat nizamnamə kapitalı ilə 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan, ev 70, m. 19-da yerləşən şirkətin qanuni təmsilçisi Uğur Yeniçeridir.