Qətlə yetirilən 10 yaşlı Nərminlə bağlı inanılmaz detallar ORTAYA ÇIXDI - Adil Süleymanov hər şeyi Referans TV-yə DANIŞDI




      Bölmə: Hadisə Tarix: 15.09.2023 / 21:07

Tovuzun Dondar Quşçu kəndində vəhşicəsinə öldürülən 10 yaşlı Nərmin Quliyeva bütün Azərbaycan cəmiyyətində narahatlıq yaradıb. İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunda azyaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Hökmə görə İlkin Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Hazırda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirən İlkin Süleymanovun cinayət işi üzrə Apellyasiya prosesi gedir.


Apellyasiya prosesinin getdiyi bir vəziyyətdə İlkin Süleymanovun qardaşı Adil Süleymanov cinayət işində baş vermiş və hərkəsdən gizli bir çox məqamları danışıb.


Adil Süleymanov bildirib ki, həmin cinayətdə əsas müəmmalı məqamlardan biri təcrübə məqsədi ilə yandırılan qoyunun videosudur:


“Cinayət işində bildirilir ki, Nərmin Quliyeva yandığı zaman belinin torpaqda olan hissəsi yandığı üçün kömürləşmiş şəkildə olub, amma təcrübə məqsədi ilə yandırılan qoyunun torpaqda olan hissəsinin yanmadığı çəkilən videolarda açıq-aydın görünür. Bütün bunlar olduğu halda niyə hələ də ittiham aktında yandırılan qoyunun bel hissəsinin kömürləşdiyi bildirilir? Hadisə baş verdiyi gün, yəni Nərmin Quliyevanın yandırıldığı gün hadisə bizim evdən 30 metr irəlidə baş verib. İlkin hadisəni gördükdən sonra videoya çəkməyə başlayıb. Həmin videoda İlkin danışır və öz ağzıilə deyir ki, cəsədə yaxın durmayın, ayaq izləri pozulmasın”.  


Adil Süleymanov bildirib ki, ən müəmmalı hadisə isə Nərminin itkin düşdüyü gün anası uşağın müəlliməsinə zəng vurub onun xəstə olduğunu deyib və bu gün dərsdən tez buraxmasını xahiş edib. Nərmin dərsdən çıxdıqdan sonra isə atası Nərmini qardaşı Lətifgilə göndərib ki, gedib oradan onun gödəkçəsini gətirsin: “Əgər Nərmin xəstə idisə, xəstə uşağı niyə əmisigilə qədər yola vurub göndərirdi? Ən əsası isə budur ki, atası həmin gün axşam elə həmin qardaşıgilə ciyər axşamına gedəcəkdi. Nərmini göndərdikdən bir qədər sonra atası narahat olur və Nərminin böyük bacısını Nərminin arxasıyca göndərir ki, gedib Nərmindən xəbər gətirsin. Lakin Nərminin bacısı yolda gedərkən tanımadığı bir maşın onun yanında dayanıb və ona avtomobilə minməyini istəyiblər, lakin Nərminin bacısı gedib, Nərminin əmisigildə olmadığını görüb və bunu atasında deyib. Amma atası isə rahat bir şəkildə deyib ki, yəqin ki nənəsigildədir. Bir atanın bu qədər rahat olmağı normaldır?”


Bundan əlavə DNT analizlərində belə saxtakarlıq var. Çünki Nərmin Quliyevanın qan qrupu dördüncü qrupdur. Amma tapılan meyitin qan qrupu isə yanvar ayının 24-də çıxan sənədə əsasən 2-ci qrup olub. Bu ən dəhşətli faktlardan biridir.


Adil Süleymanov əlavə edib ki, məhkəmə prosesi başa çatdıqdan sonra hansı ki, artıq İlkinə 18 il verildi. Bundan sonra məhkəmə elan etdi ki, 20 gün müddətində Apellyasiya müraciəti qəbul olunur. Biz müraciət etdik, amma Nərminin atası Şərif Quliyev 2 ay 5 gün keçəndən sonra müraciət etdi və onun müraciəti qeydə alındı. Hansı səbəbə görə bu qədər zaman keçdikdən sonra onun şikayətini qeydə aldılar? Şərif Quliyev bu zamana qədər şikayətçi olmamışdı, lakin son proseslərdən sonra, hansi ki biz Apellyasiya şikayəti verdik. Bundan sonra onlar bizim kəndə yaydılar ki, əgər onlar şikayət edibsə, biz də Apellyasiyaya şikayət edəcəyik və İlkinə ömürlük həbs verəcəklər.


Artıq Apellyasiya məhkəmisinə də ümidimiz qalmayıb. Ümid edirik ki, bir gün ədalət öz yerini tapacaq - deyə İlkin Süleymanov qeyd edib.







SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var