İcra başçısı jurnalistin məhkəməsində dindirildi: “Sanki Azərbaycanda yaşamırsınız”




      Bölmə: Sosial Tarix: 15.09.2023 / 19:55

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, o, sentyabrın 15-də “Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan “Səda TV” adlı “Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsində dindirilib.
Adil Vəliyevin bu məhkəmə prosesinə cəlb olunması Sabunçu qəsəbəsi, Elşən Mehdiyev 15 ünvanında inşa olunmuş “Nur” marketlə bağlıdır. Əvəz Zeynallıya həmin obyektlə bağlı da ittiham verilib.
Əvəz Zeynallıya qarşı ittihamlardan biri də bəzi vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir göstərməklə bağlıdır. Cinayət işində Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən vətəndaşlar üçün icra hakimiyyətlərindəki məsul şəxslərin qərarlarına təsir göstərməkdən söhbət gedir. İddia olunur ki, bu işlərin görülməsi müqabilində həmin vətəndaşlardan pul alınıb. Sabunçu qəsəbəsindəki obyektin sahibi Ruslan Vəliyevdən də 7 min manat pul alındığı iddia olunur.
İcra başçısı məhkəmədə Əvəz Zeynallını necə tanıması haqda danışarkən bildirib ki, “Xural TV”də bir qadının şikayəti yayımlanıb:
“Nömrəsini axtarıb tapdım, ona zəng etdim. Həm onu, həm də qadını birlikdə qəbuluma çağırdım. Məsələni olduğu kimi danışdım. Əvəz Zeynallı başa düşdü ki, qadına qarşı haqsızlıq olmayıb. Onun istədiyi şey qanunsuzdur. Amma qadın yenə narazı qaldı”.
Adil Vəliyev cinayət işində araşdırma predmeti olan mağaza ilə bağlı Əvəz Zeynallı ilə aralarındakı söhbətdən da danışıb. Onun sözlərinə görə, həmin obyektin tikintisi qanunsuz olduğuna görə Sabunçu qəsəbə nümayəndəliyi əvvəl bir dəfə onu sökmüşdü. Sonradan Əvəz Zeynallı ona zəng edib:
“Sabunçu qəsəbəsində bir qeyri-yaşayış sahəsinin tikintisiylə əlaqədar qəsəbənin icra nümayəndəsilə tikinti sahibi Ruslan Vəliyevin mübahisəsi olmuşdu. Bununla əlaqədar Əvəz Zeynallı mənə zəng vurub xahiş etdi ki, kasıb adamdı, müdaxilə etməsinlər, tiksin. Mən də göstəriş verdim ki, müdaxilə etməsinlər”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)