“İmtahanlarda rüşvət yığılıb, cavablar telefondan köçürülür” - Video |
Bölmə: Xəbər |
Tarix: 31.01.2023 / 14:57 |
“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində imtahanlarda tələbə və valideynlərdən rüşvət alınıb, imtahanda cavablar telefon və dəftərlərdən köçürülür”. Bu şikayətlə “Qafqazinfo”ya kollecin hüquqşünası Aynurə Muradova müraciət edib. Onun sözlərinə görə, bu hal dəfələrlə baş verib: “Bu görüntüləri 25 yanvar səhər saat 09:42-də çəkmişəm. Həmin an imtahan gedirdi. Mən birinci mərtəbədə olan vəziyyəti çəkə bildim. Eyni anda ikinci mərtəbədə də imtahan var idi. Görüntülərdən də göründüyü kimi, tələbələr cavablar üçün telefona baxırlar. Hüquqşünas olsam da, rəhbərlik məni imtanlara nəzarət etməyə qoymur. Direktor Vilayət İsmayılov, tədris işləri üzrə müavin Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə müavin Sevinc Həmzəyeva kolleci şəxsi bizneslərinə çeviriblər. Onu da deyim ki, Teymuraz Əfəndiyev 2014-cü ildə korrupsiya ilə əlaqədar Sosial İqtisad Kollecindən işdən çıxarılıb”. 4 ildir bu kollecdə çalışdığını deyən A. Muradovanın iddiasına əsasən, bu vəziyyəti şikayət etdiyi üçün rəhbərlik onunla ədavət aparır: “Mənim İqtisad universitetinə şikayətimdən bəri aylardır bəzi işçiləri öyrədib üstümə hücum edirlər. Əl altından ərizə yığıblar ki, guya onları təhqir etmişəm”. İddialarla bağlı Qida Sənayesi Kolleci ilə əlaqə saxladıq. Kollecin direktoru Vilayət İsmayılovun sözlərinə görə, deyilənlər tamamilə böhtandır: “Yazılı imtahan çətin olduğuna görə, humanist yanaşaraq biletlər paylandıqdan sonra tələbələrə 3 dəqiqə vaxt verilir ki, yaddaşlarını bərpa etsinlər. Həmin anı çəkərək yalandan istifadə ediblər. Onun davamı da var ki, artıq imtahana başlayanda telefonlar hamısı yığışdırılıb”. [media=https://www.youtube.com/shorts/kWwwtLVdGPM]
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|