Naxçıvanda ehsan verilməsi qadağan olunan kəndin SAKİNİ DANIŞDI - 3-4 min XƏRCİMİZ ÇIXIR...




      Bölmə: Xəbər Tarix: 12.09.2023 / 23:31

Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib. 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.

Həmçinin xüsusi vurğulanıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.

Bəs belə bir qadağanın qəbul olunmasına səbəb nə olub?

Məsələ ilə bağlı Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin sakini Arif Nağıyev Referans.az-a açıqlamasında bildirib ki, bu qərar kənd əhalisinin ortaq düşündüyü və qəbul etdiyi bir məsələdir:

“Birlikdə yığışıb belə bir qərar qəbul etdik ki, yas mərasimlərində verilən ehsanlar ləğv olunsun. Yəni hər hansı bir yas mərasimində üç, yeddi, qırx və ildə ehsan verilməyəcək. Bunu da bizim kəndin ağsaqqallarının təşəbbüsü ilə irəli sürüb, kənd camaatı da yetkinliklə buna rəy verib. Bu ayın 10-dan etibarən qərar qəbul olunub. Ölü yerlərində gələn yaxın qohumlara, qonaqlara sadəcə çay süfrəsi təşkil olunacaq”.

Arif Nağıyev bildirib ki, belə bir qərarın qəbul olunmasında əsas məqsəd yas mərasimlərində xərclərin qarşısını almaqdır. Onun sözlərinə görə, yas mərasimlərində ölü üçün həddindən artıq pul xərclənir: “Bir yas mərasimini yola vermək üçün xeyli pul sərf olunur. Sadəcə 3-ü yola vermək üçün 3 min, 4 min pul lazımdır. Bir gündə 10-15 kilo ət gedir, ehsan günü də heç olmasa 100 kilo ət verilməlidir. Biz demirik ki, yas mərasimləri ləğv olunsun. Sadəcə yas yerlərində daha ət yeməkləri verilməyəcək”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)