Neftin 7 illik ömrü qalıb, 2030-cu ilə qədər... - ŞOK PROQNOZ




      Bölmə: İqtisadiyyat Tarix: 12.09.2023 / 22:08

Üç əsas növ yanacaq - neft, təbii qaz və kömür istehlakı 2030-cu ilə qədər pik həddə çatacaq.

Bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib. Agentliyə görə, həmin ildən sonra bu yanacaq növlərinin istehlakı azalmağa başlayacaq və buna bərpa olunan enerji mənbələrinin sürətlə yayılması və elektriklə işləyən avtomobillərin sayının artması səbəb olacaq.

Qeyd edək ki, bu, agentliyin eyni vaxtda neft, qaz və kömür üçün bir istiqamətli mənfi istehlak dinamikasını nəzərdə tutan ilk proqnozudur.

BEA rəhbəri Fatih Birol hesab edir ki, dünya “qalıq yanacaq dövrünün sonunun başlanğıcını görür və növbəti dövrə hazırlaşmalıdır". O hesab edir ki, siyasətçilər vəsait çatışmazlığına və seçicilərin mümkün tənqidlərinə baxmayaraq, enerji keçidini sürətləndirmək və emissiyaları azaltmaq üçün hərəkətə keçməlidirlər.

F.Birol diqqəti son 10 ildə qlobal təbii qaz tələbatındakı artımın təxminən üçdə birini və neft tələbindəki artımın üçdə ikisini təmin edən Çin iqtisadiyyatında "struktur dəyişikliklərinə" çəkib. Söhbət əsasən ağır sənayedən daha az enerji tutumlu sənaye və xidmət sahələrinə keçiddən gedir. Eyni zamanda, onun sözlərinə görə, ölkədə kömür istehlakının potensial artımı günəş, külək və nüvə enerjisinin inkişafı hesabına kompensasiya olunacaq.

İEA rəhbəri vurğulayıb ki, digər məsələlərlə yanaşı, ayrı-ayrı ölkələr tərəfindən hasilatın azaldılması nəticəsində neft qiymətlərinin artması nəqliyyat sektoru üçün xüsusilə vacib olan təmiz enerjiyə keçid sürətinin artırılmasında rol oynayır. Birol bildirib ki, mövcud tendensiyalara görə yeni irimiqyaslı qalıq yanacaq layihələri təkcə iqlim riskləri deyil, həm də maliyyə riskləri daşıyır və problemli aktivlərə çevrilə bilər.

Əsas istehsalçılar isə öz növbəsində BEA-nın mövqeyini tənqid edir və xəbərdarlıq edirlər ki, neft və qaz tədarüklərinə kifayət qədər sərmayə qoyulmaması istehlakın pik həddi ilə bağlı proqnozlar həddən artıq optimist olduğu halda, yeni enerji böhranları təhlükəsi yaradır.

Belə ki, aprel ayında OPEK BEA-nı yeni yataqların işlənməsinə investisiya qoyuluşunu dayandırmağa çağıraraq bazarlarda qeyri-sabitlik yaratmaqda ittiham edib.|musavat.com|






SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var