Antiterror əməliyyatı başlayır: “2-3 gün içində Ağdərə…” – ŞOK AÇIQLAMA




      Bölmə: Siyasət Tarix: 12.09.2023 / 22:05

Azərbaycan ərazilərində ermənilərin qanunsuz hərbi birləşmələri yerləşir. Onlar Qarabağ bölgəsində baş verən hadisələrin səbəbkarıdır. Ağdamı, gah da Şuşanı atəşə tuturlar. Həmin ərazilər üzərindən keçən təyyarələr üçün maneə yaradılır və təyyarənin istiqamətləndirilməsi üçün süni peyklərlə əlaqə yaratmasına əngəl törədirlər.

44gun.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, ərazimizdəki erməni sepratçılarını ruhlandıran, onları ayaq üstə saxlayan həmin hərbi qüvvələrdir:

“Artsax” dedikləri ərazidə 18 000 şəxs yaşayır. Bu qədər insanın içindən 12 000-lik qoşun yaratmaq mümkün deyil. Bunlar hamısı Ermənistan silahlı qüvvələrinin tərkib hissələridir. Nə qədər ki, onları ərazimizdən çıxarmamışıq, başımız çox ağrıyacaq. Həmçinin ciddi problemlərimiz olacaq”.

Qabil Hüseyli bildirib ki, Qarabağ bölgəsində separatçıların Azərbaycana reinteqrasiya məsələsi baş tutmayacaq:

“Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır. Separatçılar silahlı qüvvələrə əsaslanaraq Azərbaycana qarşı sözün əsl mənasında meydan oxuyurlar. Göndərdiyimiz humanitar yardımı qəbul etmirlər. Hətta Rusiyanın göndərdiyi humanitar yardıma qarşı da etiraz edirdilər. Onların əsas arzuları “dövlət” kimi özlərini təsvir etmək və bunu Azərbaycana qəbul etdirməkdir. Bu, sadəcə onların qurduğu xəyaldır. Dünyanın heç bir ölkəsi, beynəlxalq təşkilatlar onların varlığını və yaxud da müstəqillik haqqında danışıqlarını qətiyyən qəbul etmir. Son “prezident” seçkilərində nəticələrini dünyanın heç bir ölkəsi tanımadı. Avropa Birliyi və Amerika qəti şəkildə bunu rədd etdi. Hətta Yunanıstan da bu seçkilərin nəticələrini tanımadığını açıqladı və “seçkilər”in Azərbaycanın ərazi bütövlüyünə zidd olduğunu bəyan etdilər. Beynəlxalq ictimaiyyət Azərbaycanın tam yanındadır. Ermənistanı qızışdıran, yönləndirən və daima onları bu vəziyyətdə saxlayan Rusiyadır. Rusiya çox mürəkkəb oyun oynayır. İlk növbədə bu oyun Azərbaycan əleyhinə çevrilib. Son zamanlar Ermənistanın Rusiyadan uzaqlaşma xəttini tutması da Ermənistanda qanuni seçilmiş baş nazir Nikol Paşinyana qarşı yönəlib. Rusiyanın bölgəni qarışdırması davam edir. ABŞ-a gəlincə, Dövlət Departamenti formal bəyanatlar vermək əvəzinə, artıq məsələ ilə ciddi məşğul olmalı və Ermənistana razılaşmalara əməl etmək üçün təzyiq göstərməlidir. Çünki Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması təklifinə Ermənistanın öz qondarma rejimi vasitəsilə müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ-a çox yaxşı məlumdur”.Siyasi ekspert hesab edir ki, antiterror əməliyyatının keçirilməsi zərurətə çevrilib: “Zənnimcə, 2-3 gün içində onları Ağdərə ətrafında mühasirəyə alacağıq. Müharibənin belə qanunu var təslim olmadıqda səni məhv edirlər”.






SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var