Cavid İmamverdiyev: “Buna görə əziyyətimi onlara halal eləmirəm” - MÜSAHİBƏ




      Bölmə: İdman Tarix: 12.09.2023 / 18:06

Millimizin sabiq futbolçusu Cavid İmamverdiyev "Kəpəz”də oynadıqdan sonra karyerasını bitirdi. Peşəkar Liqada sonuncu dəfə Gəncə klubunun formasını geyindikdən sonra butslarını mismardan asan futbolçu "Sabah”ın aşağı yaş qruplarında məşqçiliyə başlayıb. Ancaq o, futbol oynamağı tamamilə dayandırmayıb. Peşəkar futbolçu karyerasını bitirsə də, hazırda Azərbaycanın yarımhəvəskar çempionatı sayılan İkinci Liqada "Kür-Araz”ın heyətində meydanlara çıxır. 33 yaşlı yarımmüdafiəçi ilk turda qol da vurmağa nail olub.

Vaxtilə Türkiyədə legioner həyatı yaşamış İmamverdiyev Qaynarinfo-ya müsahibəsində həm çıxış etdiyi liqadan, hazırkı durumundan, millimizdən həm də Azərbaycan Premyer Liqasından danışıb.

- Artıq İkinci Liqada iki tur geridə qalıb. Daha peşəkar liqalarda oynamış təcrübəli futbolçu kimi təəssüratlarınız necədir?

- Sizə deyim ki, İkinci Liqaya dəhşətli dərəcədə maraq var. Heç Birinci Liqaya belə diqqət yoxdur. Bu da Azərbaycan üçün sevindirici haldır. Aşağı liqa olsa belə, fərqi yoxdur, xalqımız futbolu sevdiyini sübut edir. Könül istərdi ki, Misli Premyer Liqasında da ən azı 20 komanda olsun. Regionlarımızda oynayırıq və həqiqətən futbolun çox sevildiyini görürük. Komandaların artması Premyer Liqaya həqiqətən çox maraq qatar. 

- İkinci Liqanın cəlbedici tərəfləri, marağın yüksək olmasının səbəbi nədir?

- İlk növbədə, əlbəttə, futbolu azarkeşlər maraqlı edir. Hansı regiona gedirsənsə, fərq etməz, ən azı 1000-2000 azarkeş gəlir. Bizim də oyunları hədsiz çox tamaşaçı izləyir. Açığı, bunu heç gözləmirdim. 

- Ümumiyyətlə, ikinci Liqanı seçməyə sizi vadar edən nə oldu? Futbol oynamaq istəyi, yoxsa az da olsa, qazanmaq?

- Bir futbolçuya məncə, bu sualı vermək düz deyil. Fərq etmir, neçə yaşın olur-olsun, futbolçu futbol adı gəldisə, qaça-qaça gedib oynayacaq. Nəyinsə onu vadar etməsinə ehtiyac yoxdur. Futbolla böyüyən, yaşayan insan, 60 yaşı olsa da, gedib oynayacaq. "Kür-Araz”dan təklif gəldi. Düzdür, artıq çəkim var, amma belə bir təklifin olması mənə xoş idi. Özüm hazırda "Sabah”ın U-15 komandasında məşqçilik edirəm. Futbolçu kimi təklifə isə "yox” demədim. Ümumiyyətlə, belə təkliflərdən imtina etmərəm.

- Artıq çəkiniz sizi narahat etmir?

- Heç bir narahatlıq yoxdur. Düzdür, futbolçu üçün artıq çəki hər zaman artıqdır. Amma nə etmək olar, məni belə görüb, qəbul ediblər. Arıq vəziyyətimdə dəvət etməyiblər. Lakin deyərdim ki, komandaya artıqlaması ilə köməyim dəyir.

- Fiziki durumunuz hansı səviyyədədir?
 
- Normaldır, çünki hər gün aktivəm, uşaqlarla birlikdə çalışıram. Məşqçi hər gün aktiv olur. Demirəm, fiziki durumum dəhşətli dərəcədə yaxşıdır. Ancaq normaldır. Hər halda stabillik var ki, oyunlarda 90 dəqiqə meydanda oluram. Yeganə problem artıq çəkidir. 

- Məşqçilik işindən vaxt ayırıb gündəlik məşqlərə qoşula bilirsiniz?

- Gündəlik məşqlər yoxdur. İkinci Liqada elədir ki, ancaq oyundan-oyuna komandaya qoşuluram. Hər gün uşaqlarla məşğul oluram. Düzdür, məşq etməsən, oynamaq çətin olar. Ancaq mən qoca məşqçi deyiləm axı, gəncəm. Uşaqlarla birlikdə hər gün hansısa məşqləri göstərən zaman əziyyət çəkirsən. Məşqçilik asan iş deyil, ən azı tər tökürsən.

- Doğulduğunuz Şəmkir rayonu da ölkə çepionatında təmsil olunur. Bu klubdan təklif almışdınız?

- Xeyr, o klubdan təklif gəlməmişdi. Gəlsə belə, "yox” deməzdim. Çünki Şəmkir torpağımdır, anadan olduğum yerdir. Ümumiyyətlə, İkinci Liqada yalnız "Kür-Araz”dan təklif almışdım. Halbuki beynimdə də futbol oynamağı artıq bitirmişdim. İnşallah, təvazökarlıq olmasın, futbolçu kimi necə ad çıxarmışamsa, məşqçi kimi də eynisini təkrarlamaq istəyirəm. Balaca balalarımıza futbolun hansısa sirlərini öyrədə bilirəmsə, bundan ləzzət alıram. 

- Yeri gəlmişkən, İkinci Liqada ilk qolunuzu "Şəmkir”lə oyunda vurdunuz. Doğulduğunuz rayonun komandasına qol vurmaq necə hissdir?

- Sırf futbolçu hisslərindən danışırıqsa, "Şəmkir”də oynamamışam. Amma qol vuranda sevinmədim. Bu videotəkrarda da görünür. Orada yalnız uşaq vaxtı futbol oynamışam. Rəhmətlik Tofiq müəllim, Rasim Məmmədov vardı. Rasim müəllim həmişə bizdən bir neçə nəfəri Şəmkirə aparırdı və oradakı komandalara qoşurdu. Amma Şəmkirdə böyük futbolda oynamamışam. Rasim müəllimin üstümdə əziyyəti böyükdür.  

- Türkiyədə oynamısınız, legioner həyatı yaşamısınız, kifayət qədər təcrübəniz var. "Kəpəz”dən sonra karyeranızı özünüz bitirmək qərarına gəldiniz, yoxsa təklif olmadı deyə belə addım atdınız?

- "Kəpəz” Premyer Liqaya vəsiqə qazanandan sonra, bütün təlim-məşq toplanışlarında çox aktiv oldum. Çəki də atdım. Futbola qayıdırdım, "sağ olsunlar”, məşqçilər buna imkan vermədi. Komandadan təkcə mən çıxarıldım, səbəbini də bilmirəm. Məşqçi olandan sonra, məşqçiləri başa düşürəm. Heç bir məşqçi özünün düşməni deyil. Deməli, məsləhət görməyib ki, məni komandadan çıxarıb. Təbii ki, özümü buna layiq bilmirdim.







SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var