“Sülh sazişinin imzalanması üçün müharibə olmalıdır” – Elmar Məmmədyarov




      Bölmə: Gündəm Tarix: 12.09.2023 / 17:35

“Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərə başlaması erməniləri qorxuya salıb. Baxmayaraq ki, bəzi mətbuat orqanları yazır ki, erməni revanşistlər müharibə istəyir. Bu tamamilə yanlış fikirdir. Beynəlxalq təhlillər göstərir ki, 44 günlük müharibədə erməni ordusu darmadağın olub. Və Ermənistanın indiki iqtisadi durumu da imkan vermir ki, ordunu yenidən qursun. Ona görə Paşinyan ən çox qorxduğu şey müharibədir.

İndi də müharibə olmasın deyə, Paşinyan düşüb qapı-qapı gəzir. Aparıcı dövlətlərin liderlərini Azərbaycana minnətçi salmaq istəyir ki, müharibə olmasın. Paşinyan bilir ki, növbəti müharibə təkcə onun siyasi karyerasının yox, bütövlükdə Ermənistanın sonu ola bilər”.

Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Paşinyanın son təşəbbüslərini Bizim.Media-ya şərh edərkən deyib.

O əlavə edib ki, hərbi toqquşmalar Ermənistanı sülhə məcbur edəcək:

“Mən dəfələrlə demişəm ki, sülh sazişinin imzalanması üçün hansısa hərbi toqquşma olmalıdır. Mühraibə və yaxud qısa müddətli toqquşma Paşinyanı sülh sazişini imzalamağa məcbur edəcək. İndiki vaxtda Ermənistan hakimiyyəti ikili oyun oynayır. Nə sülh istəyir, nə müharibə.

Daxili və xarici güclərin təzyiqi ilə Paşinyan höküməti tez-tez anti-Azərbaycan bəyanatları verir. Lakin sonradan verdiyi bəyanatların arxasında dayana bilməyib geri çəkilir. İndi o dil tökür ki, mən yeni görüşlərə və danışıqlara hazıram. Bunun üçün də digər ölkələrin liderlərinə davamlı xahişlər edir”.

Elmar Məmmədyarov antiterror əməliyyatının keçirilməsini vacib sayır:

“Hazırda Azərbaycan ordusu Ermənistanla şərti sərhəd zonasına tam nəzarət edir. Lakin, Qarabağda mənzərə bir qədər fərqlidir. Oradakı separatçılar təkcə insanlarımıza deyil, dövlətimizə də ciddi təhlükə yaradırlar.

Nəzərə alaq ki, Sərsəng su anbarından Qırmızı Bazara qədər bir çox strateji obyektlər hazırda erməni separatçıların nəzarətindədir. Ona görə də bu ərazidə antiterror əməliyyatı zəruridir, vacibdir.

Paşinyanın ehtiyat elədiyi variantlardan biri də budur ki, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirtsin və bütün erməni ünsürləri süpürüb bir dəfəlik atsın. Bu da Paşinyan üçün yaxşı heç nə vəd etmir. Ona görə də Paşinyan əl-ayağa düşüb. Gah Fransa, gah Almaniya, gah da Türkiyə Prezidentinə zəng edərək onlardan xahiş edir ki, rəsmi Bakını müharibədən və yaxud antiterror əməliyyatından çəkindirsinlər”.





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)