Şagirddən çılpaq şəkil istəyən direktor işdən çıxarıldı




      Bölmə: Xəbər Tarix: 12.09.2023 / 15:19

İmişli rayonunun Sarıxanlı kənd V.Novruzov adına 1 nömrəli tam orta məktəbin direktoru Elşən Baxşəliyev rəhbərlik etdiyi məktəbdə şagirdə qarşı seksual qısnama və təhdiddə ittiham olunur.

44Gun.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Meydan TV-yə şagirdlərdən birinin babası məlumat verib.

Direktorun həmin məktəbdəki müəllimlərdən birinin nəvəsindən seksual xarakterli fotolar istədiyi, ona öldürəcəyi ilə hədə-qorxu gəldiyi iddia edilir. Məlumata görə, direktorla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Kənd sakinləri belə bir şəxsin növbəti dərs ilindən məktəbə rəhbərlik etməsini istəmirlər.

Problemlə əlaqədar Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirildi ki, o artıq tutduğu vəzifədən azad olunub: "İmişli rayonu Sarıxanlı kənd V.Novruzov adına 1 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləmiş Baxşəliyev Elşən Baxşəli oğlu elm və təhsil nazirinə səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifəsindən azad olunması barədə müvafiq ərizə ünvanlayıb. Ərizəsi nəzərə alınaraq Baxşəliyev Elşən Baxşəli oğlunun əmək müqaviləsinə Elm və Təhsil Nazirliyinin  08.09.2023-cü il tarixli,  3-29/3-1-1097K/2023-nömrəli əmrinə əsasən 08 sentyabr 2023-cü il tarixindən xitam verilib və onunla təhvil-təslim işləri aparılıb".

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov isə saytımıza açıqlamasında faktla bağlı cinayət işinin başlanıldığını bildirib. Hazırda Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən məktəb direktoru ilə bağlı bundan əvvəl də kənd sakinləri saytımıza şikayət etmişdilər. O, qanunsuz əməllər törətməkdə, rüşvət almaqda və müəllim adına yaraşmayan hərəkətlər etməkdə ittiham olunurdu.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)