50 min versələr öpüşərəm – Cəmilə




      Bölmə: Şou Tarix: 12.09.2023 / 14:38

Aktrisa Cəmilə Tağızadə il' müsahibə:

Cəmilə Tağızadə 1987-ci ildə 24 iyulda Bakıda dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyoruluğu fakultəsini bitirən aktrisa bir neçə yerli televiziya seriallarında rol alıb, aparıcı və müxbir kimi fəaliyyət göstərib. Hal-hazırda ATV kanalında yayımlanan “Dəfnə ağacı” serialında çəkilir.

Cəmilə Tağızadə ilə müsahibəni təqdim edirik:

– Aktrisalıq üçün təhsil vacibdir? Ya bu sənət sırf istedadla bağlıdır?

– İlk öncə istedad, ondan sonra isə təhsil lazımdır. Mütləq, təhsil vacibdir. Hər hansısa bir sahə olursa olsun, fərqi etmir, insanın mütləq ali təhsili olmalıdır.Bizdə incəsənət adamları bu sahəyə ciddi yanaşmırlar, amma əslində bu çox ciddi bir sənətdir. Hər kəs aktyor, aktrisa, nə bilim jurnalist, aparıcı, müxbir ola bilməz.

– Serialların verdiyi qonorar sizi qane edir?

– Bəli, normaldır. Çoxları bizi Türkiyə ilə müqayisə edir, amma bu düzgün yanaşma deyil. Türkiyə ilə biz hələ eyni səviyyədə deyilik. Vaxt gələcək eyni səviyyədə olacayıq, amma hələki eyni səviyyədə deyilik. Bizdə maddi baxımdan vəziyyət aşağıdır.

– Bunun səbəbi nədir?

– Bunun səbəbi sponsorlardır. Kifayət qədər maliyyələşdirmirlər. Maliyyə olsa inanın ki, bizim aktyorlarımız çox istedadlıdırlar. Bizdə çox bacarıqlı rejissorlar var. Deyirlər ki, bizdə aktyorların rolları sünidir. Əzizlərim, süni deyil, həmin aktyorun, həmin aktrisanın üzərində işləmək lazımdır. Ona obrazını düzgün başa salmaq lazımdır. Kastinq zamanı obrazına uyğun seçmək lazımdır. Əgər hər hansısa bir aktyor müəyyən bir qonorar tələb edirsə o bilir ki, o obrazın öhdəsindən gələcək. Həmin obraza görə seçdiyin aktyora da istədiyi məbləği verməlisən. Bizdə amma belə deyil. Bizdə necə olur. Peşəkar bir aktyor dəvət olunur, hansı ki, o rolun öhdəsindən gələ bilər və həmin obraza da tam uyğundur. Aktyor öz məbləğini deyir. Yüksək məbləğdirsə razılaşmırlar. Həmin aktyor uzaqlaşdırlır, gedirlər qat-qat aşağı qiymətə çəkilə biləcək bir insan tapıb çəkirlər. Ona görə də bizim seriallarımız və  filmlərimiz bərbad vəziyyətdədir.

– Bəzi aktyorlarımız, aktrisalarımız Türkiyədə filmlərə, seriallara çəkilirlər. Sizin necə planınızda var Türkiyədə hər hansısa filmə, ya da seriala çəkilmək?

– Mən məmuniyyətlə gedərdim. Amma təəsüf ki, mən Könül Nağıyeva kimi çoxlu dil bilmirəm. Səhv etmirəmsə o 5 bilir. Türkcəni də çox mükəmməl öyrənib. Mən bilmirəm deyə düşünürəm çətin alına. Amma Azərbaycandan kənarda böyük layihələrdə yer almaq mənim də arzumdur.

– Təklif olunsa açıq-saçıq səhnəyə çəkilərsiniz?

– Mənə təklif olunub, sadəcə qonorar çox aşağı olduğu üçün qəbul etməmişəm. Bildirdim ki, bir öpüş səhnəsinə çəkilmək üçün ən azı  50 min manat qonorar almalıyam. Ondan aşağıya çəkilmərəm. Mən dediyim qonorarı mənə heç kim verməz. Aşağı qonorara razı olub çəkilmək istəyən bəzi qızlarımız var ki, özlərini reklam etmək xatirinə çəkilirlər.

– Estetik əməliyyat etdirən həmkarlarınıza münasibətiniz necədir? Sizcə aktrisaların estetik əməliyyat etdirməsi düzgündür?

– Etdirə bilərlər, normal yanaşıram. Ancaq, təbilikdən çıxmamaq şərti ilə. Xeyr, heç vaxt etdirməmişəm. Amma məmuniyyətlə etdirərdim. Burnumda istəyərdim, bir də bir az dodağımı şişirdərdim. Hətta sinəmdə də istəyərdim. (gülür) Amma bilirəm ki, təbiiliyim itəcək, ona görə etdirmirəm. Həm də əməliyyatdan çox qorxuram. Ancaq çox ciddi bir məsələ olarsa o zaman əməliyyat masasına uzanaram. Onu da əməliyyatdan öncə mütləq psixoloq yanına gedərəm. Psixoloji cəhətdən məni hazırlasın.

– Tanınmış qadınlar hər zaman diqqət mərkəzində olduqları üçün bəzi şəxslərin də maraq dairəsində olurlar. Onlara bəzi təkliflər edirlər. Sizə də elə təkliflər gəlib?

– Bəli, gəlib, yox demişəm. Hə desəydim indi mən də bahalı avtomobil sürürdüm. (gülür) Mən dəstəkləmirəm elə şeyləri.

– Ailəniz sənətinizə dəstək olur?

– Bəli, anam mənə çox dəstək olur. Çox sağ olsun hər zaman arxamdadır, yanımdadır.

– Qadağalar necə, olur ?

– Yox, o bilir ki, mən özüm hər şeyi idarə edə bilirəm, nəyi etmək olar, nəyi olmaz bilirəm. “Göyçək Fatimə” serialı çəkiləndə mənə dedilər öpüş səhnəsi var, ona çəkil, imtina etdim. Bildirdim ki, əks halda çıxacam serialdan. Onlar da o hissəni yığışdırdılar.

– Sənətinizi ailənizə qurban verərsiniz?

– Bəli. Çünki ailə əsasdır. Ailəni heç nəyə qurban vermək olmaz. Amma yaxşı ailə. Mən gərək elə bir insanla ailə qurum ki, onun o qədər xoşbəxt olum ki, o sənət boşluğunu hiss etməyim, heç yadıma da düşməsin.

– Həmkarınızla ailə qurarsınız?

– Yox, istəmirəm. Ümumiyyətlə, incəsənət adamı ilə ailə qurmaq istəmərəm. Həm də bir az qısqanclıq hissim var, bəzi şeyləri qəbullana bilmərəm. Bundan başqa maddi tərəfi də var. Bildiyiniz kimi aktyorların maaşı, qonorarı çox azdır. Məni, övladlarımı təmin edə, ehtiyaclarımızı ödəyə bilməz deyə düşünürəm. Azərbaycanda da aktyorun maaşı ilə dolanmaq olduqca çətindir.

– Cəmilə Tağıyeva üçün yaşın fərqi var?

– Yaşın fərqi, hə var. Məndən yaşda böyük ola bilər, o da maksimum 10 yaş. Ancaq yaşda balaca yox, istəmirəm. Amma nədənsə həmişə məni yaşda kiçiklər sevir. (gülür)

baku.ws






SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var