Rövnəq Abdullayevin kürəkəninə məxsus bankın problemli kreditləri artıb




      Bölmə: İqtisadiyyat Tarix: 11.09.2023 / 22:59

“Rabitəbank” ASC-nin problemli kreditlərinin həcmi 3,6 milyon manat artaraq 26 milyon 454 min manatadan 30 milyon 13 min manata yüksəlib.


Ekonominfo.az xəbər verir ki, bu ilin ikinci rübünün yekunda “Rabitəbank” ASC-nin vaxtında geri ödənilməyən kreditlərinin həcmi 39,5 milyon manat olub və bu kreditlərin 30 milyon manatının geri ödəmə müddəti 30 gündən artıq gecikib. Problemli kreditlərin təxminən yarısı – 13 milyon manatını isə 1 ildən artıqdır ki, geri ödənilmir.


Bank tərəfindən verilən istehlak kreditlərinin 76%-i heç bir təminat olmadan əhaliyə verilib. Əvvəlki rüblə müqayisədə təminatsız kreditlərin də həcmi artıb.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin kürəkəni Əliyev Rauf Zeynal oğludur.


1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü olmaqla bərabər bank səhmlərinin 40,6%-i ona məxsusdur.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir. Bunlardan başqa Rauf Əliyev “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241), "Black Sapphire” MMC (VÖEN – 1403649271) və "Trust Holding” MMC-lərin (VÖEN – 1602326211) qanuni təmsilçisidir.


Onu da qeyd edək ki, “Rabitəbank” ASC-nin rəsmi saytında yerləşdirilən tərcümeyi-halında Rauf Əliyevin  23 iyul 1992-ci il tarixində Şuşa şəhərində anadan olduğu qeyd olunub.


Xatırladaq ki, Şuşa şəhəri 8 may 1992-ci il tarixində ermənilər tərəfindən işğal olunub və 2020-ci ilin 8 noyabr tarixində Azərbaycan ordusu tərəfindən işğaldan azad olunub.






SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var