Məmurun üstünə tapança çıxarıbmış - Karantin geyimi, maska ilə...




      Bölmə: Hadisə Tarix: 11.09.2023 / 13:09

Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu ilə 4 milyon manatdan çox pul tələb etməkdə ittiham olunan Vahid Xələfovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttihamda deyilir ki, təqsirləndirilənlə zərərçəkmiş şəxs əvvəldən tanış olublar. Onların arasında uzun müddət borc üstündə mübahisə olub. Bu mübahisələr bir neçə dəfə məhkəməyə qədər gedib çıxsa da, hər dəfə qərarlar təqsirləndirilən şəxsin əleyhinə olub.

Bütün bunlardan sonra V.Xələfov zərərçəkmişlə aralarındakı məsələni həll etmək üçün plan qurub. Belə ki, V.Xələfov əvvəlcədən tanınmaması üçün tədbirlər görərək əyninə ağ rəngli karantin kamuflyajı kombinezonu geyinib, üzünə tibbi maska taxaraq H.Xəlilovun evinin qarşısına gəlib. O, həmin ərazidə dezinfeksiya işləri aparırmış kimi davranıb, Xəlilovun evdən çıxmasını gözləyib.

H.Xəlilov "Lexsus 570" markalı avtomobillə evdən çıxıb küçə ilə hərəkət edən zaman təqsirləndirilən şəxs maşının qarşısını kəsib. Həmin vaxt zərərçəkmişin həyat yoldaşı da avtomobildə olub.

İttihama əsasən, təqsirləndirilən şəxs H.Xəlilovu təhqir edib, əlində olan dərman səpən aparatdan silah qismində istifadə edərək avtomobilə zərbələr endirib. Daha sonra o, üzərində olan MP- 654K markalı pnevmatik tapançanı Xəlilova tuşlayaraq hədə-qorxu ilə 4.165.000 manat pul tələb edib.

H. Xəlilov tapançanın silahın odlu silah olmasından qorxduğu üçün sürətlə hadisə yerindən uzaqlaşıb.

Müttəhim elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. V.Xələfov ifadəsində deyib ki, uzun illərdir tikinti şirkəti rəhbəri olub. Zərərçəkmiş şəxslə münasibəti də bu məqsədlə yaranıb.

O, dəfələrlə Xəlilovun tikinti işlərini görüb, eyni zamanda bir neçə layihə həyata keçirib. 2011-2013-cü illərdə zərərçəkmiş şəxsin sifarişi ilə Abşeron rayonu ərazisində, 6 ha sahədə tikinti materialları zavodu inşa edib. Bundan bir müddət sonra isə H.Xəlilov ona ödəniş etməyi dayandırıb, başqa sifarişlər üzrə gördüyü işlərə görə ödəniş etməyib.

Aralarındakı ədavət də bundan sonra başlayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, öz təşəbbüsü ilə audit yoxlamaları keçirib, müəyyən olunub ki, Xəlilovun ona 4 milyon 165 min manat borcu var. Lakin zərərçəkmiş borcu ödəməkdən yayınıb, dəfələrlə onu müxtəlif yollarla qorxutmağa çalışıb. O, sonuncu hadisə günü zərərçəkmişə hədə-qorxu gəlmək niyyətinin olmadığını, sadəcə söhbət etmək istədiyini bildirib.

Proses sentyabrın 20-si davam edəcək.

Qeyd edək ki, Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( hədə-qorxu ilə xüsusilə külli miqdarda tələb etmə), 221.3 (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. /qafqazinfo/







SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var