Doğuşun "oğlu" Xoşqədəmi ittiham etdi – Şok DETALLAR




      Bölmə: Xəbər Tarix: 30.01.2023 / 23:53

Müğənni Doğuşun oğlu olduğunu deyən Seyid adlı türkiyəli gənc yenidən gündəmə gəlib.

Xoşqədəm Hidayətqızının DNT testinin nəticələrini dəyişdirdiyini iddia edib.

Bu barədə məlumatı müğənni, yazıçı Onur Akay yayıb.

Məlumata görə, 22 yaşlı gənc Azərbaycanda verilən qan və saç testinin nəticəsinə inanmadığını bildirib və testin Türkiyədəki xəstəxanalardan birində təkrarlanmasını tələb edib:

Türkiyə mediasının yazdığına görə, bu durum 8 ildir evli olan Xoşqədəm-Doğuş cütlüyü arasında gərginliyə səbəb olub və müğənni Türkiyədə DNT testi verməyə razılaşıb.

Xatırladaq ki, müğənni və oğlu olduğunu iddia edən Seyidin Azərbaycanda verdiyi testin nəticəsi 7 yanvarda açıqlanıb. Nəticəyə görə, Doğuş ilə Seyid arasında 99,99% nisbətində heç bir əlaqənin olmadığı ortaya çıxıb. Lakin elə həmin vaxt müğənni instagram hesabında video paylaşıb. Xoşqədəm Hidayətqızını videgörüntüyə etiketləyərək DNT testinin hələ də tam yekunlaşmadığını və nəticəni gözlədiklərini bildirib.

Bundan başqa məşhur müğənni yanvarın 4-də Beyaz TV-də yayımlanan “Söyləməsəm olmaz” verilişinə telefonla qatılaraq Seyidi mənəvi oğlu olaraq qəbul edə biləcəyini qeyd edib:

“Xəbəri kədərlə oxudum. Hazırda həyat yoldaşım Xoşqədəm xanım və uşaqlarımla Dubayda tətildəyik. Atası olduğumu iddia edən gənci tanıyıram. O, həyat yoldaşımın Azərbaycanda yayımlanan verilişinə də qatılıb. Fenomendir. Seyid adı ilə tanınır.  Verilişdə də atası olduğumu iddia etdi. Bir az bənzərlik var, amma bu, mümkün deyil. Xəbərdən sonra birbaşa DNT testi verdim və nəticəyə tam əminəm. Onu mənəvi oğlum kimi qəbul edə bilərəm, bundan o tərəfi mənə və ailəmə zərər vurar. Minlərlə uşaq oxuduram, onlar da mənim övladım kimidirlər. Prosesin necə davam edəcəyi mənə də sizin kimi maraqlıdır”.

Qeyd edək ki, Doğuş-Xoşqədəm cütlüyü 2014-cü ildə ailə qurub. Onların Arda və Arın adlı ekiz oğul övladları var.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)