Çingiz Abdullayev: “Nizami də, Füzuli də qadağan olunmalıdır!” - QALMAQAL




      Bölmə: Gündəm Tarix: 09.09.2023 / 00:26

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev ana dilində yazmadığına görə ona irad tutanlara cavab verib.


44Gun.Az-ın məlumatına görə, Xalq yazıçısı deyib ki, bu məntiqlə yanaşanda onda Nizami, Füzuli kimi dahiləri də Azərbaycanda qadağan etmək lazımdır:
“Belə çıxır ki, yad dildə yazmış “özgə müəlliflər”in hamısının əsərlərinin ləğv etmək lazımdır. Nizamini (fars dilində yazıb) tamamilə yığışdırmaq, Fizulinin əsərlərini aradan götürmək (ərəb və fars dillərimdə yazdıqlarını, Azərbaycan dilində olanları saxlamaq olar) lazımdır, İsmayıl Bəy Qutqaşınlının da (fransız dilində yazırdı) əsərlərini həmçinin.


Rus dilində yazanlara da qadağa qoyaq: Çingiz Aytmatovu, Oljas Süleymanovu, Fazil İskəndəri, İmran Qasımovu, Maqsud və Rüstəm İbrahimbəyovları, Ramiz Fətəliyevi, Mənsur Vəkilovu və təbii ki, Çingiz Abdullayevi.


Hər ehtimala qarşı bütün rus dilində təhsil almışların – Səməd Vurğun, Rəsul Rza, Mehdi Hüseyn, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı, Nəbi Xəzri, Cabir Novruz, Fikrət Qoca, Nəriman Həsənzadə, Qabil, Anar, Yusif və Vaqif Səmədoğlular, Ramiz Rövşən, Kamal Abdulla, Elçin Hüseynbəyli və daha 43 müəllifin kitablarına da qadağa qoymaq lazımdır”.


Yazıçı istehza ilə bildirib ki, vaxtilə Azərbaycan dilində yazmış Telman Çalyan və Aşot Saturyan kimi erməni müəlliflərə qadağa təcili olaraq götürülməli, onların əsərləri çap olunmalıdır.


“Əlbəttə, ölkənin və xalqın əsas dili – Azərbaycan dilidir. Əgər yazıçılarımız başqa dilləri bilirlərsə, bu, bizim ölkəmizin, mədəniyyətimizin palitrasını göstərir…


…Dövlət dilini bilmədən heç bir ölkədə yaşaya bilməzsən, bu, ümumiyyətlə, müzakirə olunmur. Amma demək ki, xarici dilləri bilmək vətənə xəyanətə bərabərdir və başqa dillərdə yazanlar bizim yazıçı deyil, bu, sadəcə olaraq axmaqlıqdır. Yalnız axmaqlar bilməyə borclu olduqları ana dilinin əleyhinə danışa bilər!”, – Ç.Abdullayev deyib./Metbuat.az/





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)