“Azərenerji”nin 800 min manatlıq tenderini FHN generalının oğlu uddu




      Bölmə: İqtisadiyyat Tarix: 08.09.2023 / 00:12

“Azərenerji” ASC tərəfindən keçirilən tender müsabiqəsini qalibi “ATL Tech” MMC (VÖEN – 2002575181) olub.

44gun.az  xəbər verir ki, “ATL Tech” MMC “Azərenerji” ASC-yə qurğu və avadanlıqların məlumat bazasının yaradılması, vahid mərkəzdən nəzarət edilə bilməklə idarə edilməsi sistemini satacaq və qarşılığında 778 min 800 manat alacaq.


Məlumat üçün bildirək ki, “ATL Tech” MMC 22.02.2013-cü il tarixində “Nəsimi rayonu, Bülbül pr, ev 105, M12, m. 3” ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Anar İsmayıl oğludur.


Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, şirkətin 2 həmtəsisçisindən biri fövqəlada hallar nazirinin (FHN) birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevdir. Rəşad Mirzəyev 1988-ci ildə anadan olub. Şirkət təsis olunanda 25 yaşı olub. Mirzəyev öz şəxsi blogunda yazır ki, “ATL Group”-un təsisçisi və icraçı direktorudur. Qrupa “ATL Academy”, “ATL Tech”, “ATL Consulting”, “ATL SMS”, “ATL Trading” və “Əjdaha” fast food (dönər evləri) daxildir. Eyni zamanda bir neçə yerli və xarici start-uplarda partnyordur.


General oğlunun fəaliyyətilə bağlı maraqlı məqamlardan biri də odur ki, onun təsisçisi olduğu “ATL Tech” MMC atasının yüksək vəzifə (birinci müavin) tutduğu nazirlik (FHN) tərəfindən keçirilən tenderlərdə qalib olur.


“ATL Tech” MMC FHN tərəfindən  2021 və 2022-ci illərdə keçirilən ümumi dəyəri 2 milyon 202 min manat olan 7 tender müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 11-cı maddəsində “dövlət satınalmalarında maraqların ziddiyyəti”nə dair tələblər yer alıb. Həmin maddənin 13.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanların satınalma prosedurlarında iştirakına yol verilmir./Ekonominfo.az/






SON XƏBƏRLƏR
Dünən, 18:21
Maaşlar nə qədər artacaq? - RƏSMİ
Dünən, 18:15
iPhone 15” Azərbaycanda - Baş gicəlləndirən QİYMƏTLƏR
Dünən, 18:10
Döyüşdən yeni görüntülər: ordumuzun irəliləməsi - VİDEO
Dünən, 18:02
İrana casusluq edən Maştağa sakini TUTULDU - FOTO
Dünən, 17:54
Orucəli Hacıyevin oğluna məxsus şirkət 2 milyonluq dövlət sifarişi alıb - Bir ildə 11 tender
Dünən, 17:40
Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO
Dünən, 17:09
Hamı onun cəsarətindən danışır - Gözündən yaralanan Ceyhun kimdir?
Dünən, 16:57
Ordumuz Xocalıda silah-sursat anbarı aşkarladı - FOTOLAR
Dünən, 16:41
Azərbaycan Qarabağa tam nəzarət edir - Vardanyandan etiraf
Dünən, 16:29
Xüsusi təyinatlılarımız Ağdərədə! Görün kameraya nələr dedilər - VİDEO
Dünən, 16:16
Misir Mərdanovun nəvəsinə vəzifə verildi - FOTO
Dünən, 15:53
Balaəli Rəşad Dağlıdan danışdı: "Ziyarətinə gedirəm, deyir ki..."
Dünən, 15:48
Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA
Dünən, 14:13
Ermənilərdən daha bir alçaq hərəkət: Ağdərədən çıxanda... - FOTO
Dünən, 13:56
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
Dünən, 13:27
Silahlı separatçılar Xankəndidə bir qrup dinc sakini girov GÖTÜRDÜ
22-09-2023, 18:03
SOCAR-ın gizli ismi Adnan Əhmədzadənin topdağıtmaz sərvəti - ARAŞDIRMA
22-09-2023, 17:52
"Təslim olmayacağıq" dedi, məhv edildi
22-09-2023, 17:09
37 yaşlı müəllim vəfat etdi
22-09-2023, 16:54
Antiterror əməliyyatında nə qədər erməni separatçısı ölüb? - KİV
22-09-2023, 16:44
DİN vətəndaşlara müraciət etdi - Ehtiyatlı olun!
22-09-2023, 15:51
“Getmək istəyənlər əsasən hərbçilərin ailələridir”
22-09-2023, 15:42
Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi:”Təslim olun,sizi öldürən deyilik” - Video
22-09-2023, 15:32
Azərbaycandan qaçan vəzifəli şəxs həbs edildi - 3 uşağın ölümünə səbəb olmuşdu
22-09-2023, 15:16
Ordumuzun nəzarəti altına keçən ərazidə partlayış - Yaralı var