Ali məktəbə qəbul olan şəhid qardaşı təhsilhaqqını ödəyə bilmir




      Bölmə: Sosial Tarix: 07.09.2023 / 21:59

Şəhid Polad Şirinovun qardaşı Zülfüqar Şirinov bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) Proseslərin avtomatlaşdırılması ixtisasına qəbul olub. Lakin tələbənin ailə büdcəsi təhsilhaqqını ödəməyə yetmir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. 

O paylaşımında bildirib ki, Zülfüqar Şirinov şəhidimizin yeganə qardaşıdır: “Ən qısa zamanda 2000 manat ödəniş edilməlidir. 2020-ci ildə atasını itirib, anası xəstədir. Özü də hələ ki, işləyə bilmir. Şəhidimizin əmanətinə dəstək olaq. Qardaşımızın təhsil almasına, lütfən yardım edin”. 

Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) ilə əlaqə saxladıq. Təhsil ocağından saytımıza belə cavab verildi: “Yeni qəbul olmuş tələbələrin qeydiyyatı “online” şəkildə Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı üzərindən həyata keçirilir. Orada ödənişli əsaslarla qəbul olan tələbələr üçün iki seçim qoyulur. Belə ki, tələbə ya ödənişin 100%-ni, ya da 50%-ni ödəməlidir. Xüsusi imtiyazlı tələbələr olur ki, məsələn, sosial həssas qrupa daxil olan tələbələr ödənişdən azad olunurlar. Bunun üçün sosial qrupa daxil olmalarını təsdiq edən sənədi də portala əlavə edirlər. Sonradan onların ödənişini dövlət təmin edir. Sonrakı illərdə isə tələbələr ödənişlərini hissə-hissə edə bilərlər. Məsələn, ayda 10% ödəniş edə bilərlər. Onların müraciəti əsasında univeristetin rəhbərliyi tərəfindən bu imkan yaradılır”. 

Suraxanı Rayon İcra Hakimiyyətindən isə müraciətimizə cavab olaraq bildirildi ki, məsələ ilə bağlı məlumatlıdırlar: “Hazırda tərəfimizdən danışıqlar aparılır. Əlaqədar qurumlarla danışıqlar aparıb ödənişsiz təhsil alması ilə bağlı nəticə əldə etməyə çalışırıq”.

Qeyd edək ki, şəhid Polad Şirinov 2022-ci il 13 sentyabrda düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, ölümündən sonra "lll dərəcəli Rəşadət ordeni" və "Vətən uğrunda" medalı ilə təltif olunub.

***

Karyera və İşə Hazırlıq Mərkəzi şəhid Polad Şirinovun qardaşı Zülfüqar Şirinovun bir illik təhsil haqqını öz üzərinə götürüb.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)