"Biz burda şou göstərmək istəmirik..." - 7 yaşlı Fəridin anası Aynurə Məlikova




      Bölmə: Gündəm Tarix: 07.09.2023 / 21:01

Məşq zamanı 7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə ittiham olunan idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

44gun.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda  F.Bakarovun hüquqi varisi kimi tanınmış anası Aynurə Məlikova media nümayəndələrinin iclasda iştirak etməsinə etiraz edib.

O, işlə bağlı təfərrüatların yayılmasını istəmədiyini deyib:

“Biz burda şou göstərmək istəmirik. Sadəcə işin araşdırılmasını, hüquqi qiymət verilməsini istəyirik. Həmçinin təqsirləndirilən şəxslə mənim aramda olan söhbətlər olubsa, öz aramızdadadır, özümüz bilirik. Bunun yayılmasına qarşıyıq. Buna görə də prosesin qapalı keçirilməsini istəyirik.”

Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti hüquqi varisin vəsatətini əsaslı sayıb.

Hakim deyib ki, işdə ailə sirri ilə bağlı sənədlər var. Buna görə də proses qapalı keçirilməlidir.

Qapalı keçirilən iclasda prokuror ittiham aktını elan edib.

Mehman Xəlilov ona verilən ittiham üzrə özünü təqsirli bilmədiyini, hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

Növbəti proses sentyabrın 21-də davam edəcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında qeydə alınıb. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib. |qafqazinfo.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)