Vəzifəli şəxs rektor keçmək üçün 250 min manat veribmiş




      Bölmə: Hadisə Tarix: 07.09.2023 / 11:45

Azərbaycan Kikboksinq Federasiyasının dələduzluqda təqsirli bilinərək 7 il 6 ay həbs cəzasına məhkum edilən sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin törətdiyi əməllərlə bağlı maraqlı faktlar üzə çıxıb.

44GÜN.AZ-ın əldə etdiyi məlumata görə, iş üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Onlardan biri Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi Cərrahiyyə-2" kafedrasının rəhbəri, tibb elmləri doktoru Şahin Əliyevdir. Belə ki, Səbuhi Rəcəb Şahin Əliyevə onu həmin instituta rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib. Bu məqsədlə o, tanınmış alimdən 250 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyərək pulu ələ keçirib. İstintaq müddətində S.Rəcəb kafedra müdirindən aldığı pulların yalnız 40 min manatını geri qaytarıb.

Məhkəmədə Şahin Əliyev bildirib ki, məsələ gündəmə 2018-ci ilin aprel ayında səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun vəfatından sonra gəlib: “Bundan sonra səhiyyə işçiləri arasında şayiə gəzirdi ki, işlədiyim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunacaq. Mən də karyera pilləkəni ilə qalxmaq arzusunda idim və işlədiyim istitutun rektoru vəzifəsinə təyin olunmaq istədim. Bundan sonra yüksəkvəzifəli məmurlarla tanışlıq yarada biləcək adam axtarmağa başladım və bu barədə yaxın bildiyim insanlara dedim. Bu insanlardan biri də ödənişli ekstrasens xidmətlərindən bir neçə dəfə istifadə etdiyim Mehriban adlı qadın idi. Mehriban bir neçə illik tanışım idi, atam ağır xəstəlikdən əziyyət çəkəndə o müalicə etmişdi. Buna görə də bacılarımın və yaxınlarımın məsləhəti ilə həmin ekstrasens Mehribana müraciət etdim.

Onun xidmətləri ilə bağlı çoxlu imkanlı və vəzifəli şəxslərin müraciət etdiklərini bilirdim və ona istədiyim iş barədə danışdım. Mehriban mənə vəzifəyə təyin olunmağını təşkil etmək üçün yüksəkvəzifəli məmurlarla vasitəçilik edə biləcək adam tanıdığını bildirdi. Bundan bir neçə gün sonra mənə dedi ki, tanıdığı adam var və məni 250 000 manata Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə təyin olunmağımda köməklik edəcək”.

Zərərçəkmiş şəxs bildirib ki, bundan sonra Mehriban onu Səbuhi Rəcəblə tanış edib. Ş.Əliyev Səbuhiyə ilkin olaraq 100 min manat, daha sonra isə 2 qohumundan borc almaqla 150 min manat verib. Lakin S.Rəcəb verdiyi vədə əməl etməyərək pulları ələ keçirib.

Ş.Əliyev həmçinin bildirib ki, borc aldığı 150 min manatı qaytarmaq üçün Novxanıdakı bağ evini satmalı olub.

Araşdırmalar zamanı S.Rəcəbin daha 2 nəfərdən lüks avtomobil alınması adı ilə müvafiq olaraq 40 və 51 min manat alaraq dələduzluq etməsi də müəyyən edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən proses bu ilin 4 sentyabrında yekunlaşıb. İdmançı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səbuhi Rəcəb BDU-nun Hüquq fakültəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə isə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb. /qafqazinfo/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)