“Azərişıq” paytaxt və bölgələrdə elektrik enerjisinin talanması hallarını aşkarladı - Video




      Bölmə: Xəbər Tarix: 06.09.2023 / 11:22

“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir.

44GÜN.AZ xəbər verir ki, xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilən yenilənmələrlə yanaşı abonentlərlə mütəmadi maarifləndirici söhbətlər aparılır. Görülən tədbirlərə baxmayaraq, elektrik enerjisinin talanması hallarının qarşısını tam almaq mümkün olmayıb. “Azərişıq” ASC əməkdaşları sayğaclara aylıq baxış zamanı həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlayıb.

Abşeron rayonunda iki ayrı fərdi yaşayış evində sayğaca baxış zamanı məlum olub ki, mənzilə sayğac sxemindən kənar xətt daxil olur. Həmçinin Xəzər rayonunda, Maştağa kəndində və Balakən rayonunda fərdi yaşayış evlərinə baxış keçirilərkən evlərə sayğac sxemindən kənar xətt daxil olması aşkarlanıb.

“Azərişıq” ASC tərəfindən Ağstafa rayonunda sayğaclara aylıq baxış keçirilən zaman fərdi yaşayış evində sayğacın giriş çıxış xəttlərinin eyni yuvada birləşdirildiyi müəyyən olunub.

Fərdi yaşayış evləri ilə yanaşı obyektlərdə də elektrik enerjisindən qanunsuz istifadə halları aşkar edilib. Zirə qəsəbəsində yerləşən marketlərin birində, Şirvanda isə gözəllik salonunda obyektlərə sayğac sxemindən kənar xətt daxil olduğu müəyyən edilib.

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC mütəmadi monitorinqlər keçirir. Qanunsuz istifadə aşkar olunduqda abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

Abonentlər bilməlidirlər ki, uçotdan kənar qoşulmalar səbəbindən elektrik xətləri həddən artıq yüklənir. Nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır və gərginliyin aşağı düşməsinə səbəb olur. Bu da abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır. Ən əsası isə belə hallar insanların həyat və sağlamlığı üçün təhlükəlidir.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)