"Broker Əbülfəz”in ətrafında nə baş verir? - Öz şirkəti özünü məhkəməyə verib




      Bölmə: Sosial Tarix: 30.01.2023 / 18:39

Həbsdə olan "Broker” MMC-nin sahibi, "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikova qarşı daha bir məhkəmə iddiası üzə çıxıb.

İmanov Rizvan Gülümxan oğlu adlı vətəndaş Murad Məlikovu məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. 

İşin mahiyyəti korporativ mübahisələrdən ibarətdir. Rizvan İmanov Murad Məlikovla yanaşı, “Aqro-Mur” MMC-ni də məhkəməyə verib.

Araşdırmalarımız zamanı bəlli olub ki, Rizvan İmanov “Aqro-Mur” MMC-nin qanuni təmsilçisidir. Onun qanuni təmsilçisi olduğu şirkəti məhkəməyə verməsi maraq doğruduğundan araşdırmalarımız davam edib və aydın olub ki, əslində sözügedən MMC-nin təsisçisi Murad Məlikvodur. Şirkətin adındakı “Mur” ifafdəsi də onun adının ilk üç hərfidir. 

Bundan əvvəl Murad Məlikov Qaybalıyev Xaqani Alcan oğlu tərəfindən məhkəməyə verilmişdi. Bu işdə cavabdehlərdən biri də “Aqro Səlyan” MMC-dir. Xaqani Qaybalıyevin özü isə "Şəmkir Aqropark”ın direktoru vəzifəsində çalışıb. 

Həmçinin Nağıyev Oqtay Rüfət oğlu adlı şəxs Əbülfəz Məlikovu, "MA Group” və "Agro Land MMC” şirkətlərini də məhkəməyə verib. Ehtimal olunur ki, “Aqro Səlyan”, “MA Group” və “Aqro Land MMC” şirkətləri də Məlikovlara məxsusdur. 

Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.|qaynarinfo.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)