Xətaidə ağacların qurudularaq yerinə bina tikiləcəyi iddia edilir - FOTO




      Bölmə: Xəbər Tarix: 30.01.2023 / 18:15

Xətai rayonu, Gəncə prospekti 25-27 ünvanında yaşayan sakinlər ərazidə ağacların kəsiləcəyi və bina tikiləcəyini iddia ediblər. 

Sakinlər qeyd ediblər ki, ərazidə yerləşən 80-ci illərdə tikintisi yarım qalmış park ərazisində 12 mərtəbədən ibarət olan dörd binanın tikilməsi planlaşdırılır:

“Burada çox sayda böyük ağaclar, kollar və güllər bitir. Doqquz mərtəbəli binaların 6-8 metr məsafəsində yeni tikili inşa ediləcək. Biz bu haldan narahatıq və narazıyıq. Çünki yeni bina yaşadığımız evlərin qarşısında tikiləcək, ağaclarımız kütləvi şəkildə qırılacaq. Eyni zamanda, yanğına qarşı binalar arasında ara məsafəsi gözlənilməyib. Yanğın və ya hansısa fövqəladə hal baş verdiyi zaman avtomobillərinin hərəkəti nəzərə alınmayıb.

Ərazidə bina inşa edən şirkət tərəfindən su boruları kəsilib, yay ayları ərzində 20 ağac quruyub. Ötən ilin sentyabr ayında binamızın həyətində yanğın baş verib və ağaclar yanıb”.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə heç bir tikinti işi aparılmır:

“Bina, obyektlərə tikinti üçün icazə ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilir. Hazırda bu barədə bizim qurumda məlumat yoxdur. Biz Gəncə prospektində binaların həyətində hissə-hissə abadlıq işlərinə başlayacağıq. Ola bilər ki, orada təmizlik, hazırlıq işləri görülsün. Amma sakinlərin dediyi ərazidə bizə bina, obyekt inşası ilə bağlı hər hansı bir sənəd daxil olmayıb, məlumatımız yoxdur”. /oxu.az/








SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)