“Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” layihəsinin təlimləri yekunlaşdı |
Bölmə: Xəbər |
Tarix: 04.09.2023 / 16:50 |
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində təlimlər yekunlaşdırılmışdır. Təlimin yekunu olaraq 02 sentyabr 2023-cü il tarixdə Wordl Business Center tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə təşkilatın Sədri Fikrət Yusifov açmış və layihə haqqında ətraflı məlumat vermişdir. Çıxışçı nitqində Mühasibat Uçotu Haqqında qanunun tələbləri, ölkədə uçotun beynəlxalq standartlara keçidi üzrə mövcud vəziyyət, hazırkı təlimin beynəlxalq standartlara keçid baxımından əhəmiyyəti barədə geniş nitq söyləmişdir. Tədbirin gündəliyinə uyğun olaraq təlimçi beynəlxalq standartların mühüm askpektləri, standartların mahiyyəti barədə çıxış etmiş, təlim iştirakçılarının sualları cavablandırılmışdır. Xatırladaq ki , layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunmuşdur. Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir. 01 avqust 2023-cü il tarixdən başlamış təlimlər 1 ay boyunca davam etmiş, tədris proqramına uyğun olaraq 37 adlı Maliyyə Hesabatının Beynəlxalq Standartları üzrə təlim keçirilmiş, təlimə dair müxtəlif sertifikasiya mərkəzlərinin tədris vəsaitləri təlim iştirakçılarına paylanmış, hər bir iştirakçının fərdi inkişaf planı tərtib edilərək beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramlarında iştirakına dair məsləhətlər verilmişdir. Tədbirin yekunu olaraq təlimdə davamlı olaraq iştirak etmiş iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilmişdir. 




|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|