Ölkədə kəskin bahalaşma var - Benzin də qalxacaq? |
Bölmə: Xəbər |
Tarix: 04.09.2023 / 16:16 |
“Hazırki vəziyyətdə yanacağın qiymətinin qalxması məsələsi real görünmür. Bugünkü gündə belə bir qərarın verilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Hazırda dünya bazarında neftin orta qiyməti kəskin şəkildə dəyişməyib. Azərbaycanda benzin istehsalında marjinal fayda aspektindən üstünlüklər hələ də qorunmaqdadır. Maya dəyəri baxımından ölkədə ciddi problemlər yoxdur”. Bunu 44gun.az -a iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, yanacaq məhsul növlərindəndir ki, onun qiymətinin dəyişməsinin təsiri iqtisadiyyatın digər bütün sahələrində müşahidə olunur:
“Benzinin qiymətinin artması digər sahələrdə qiymət artımı üçün bir meyar olaraq qəbul olunur. Digər bütün sahələrə sirayət edir. Çörəyin, qəndin qiymətindən tutmuş bir çox sahələrdə qiymət artımına səbəb ola bilər. Bu, həmçinin psixoloji faktor hesab olunur. Heç kim iddia edə bilməz ki, ölkədə istehsal olunan mal və xidmətlərin tərkibində benzin istifadə olunmur. Kifayət qədər istifadə olunur, Azərbaycanda tələbat olan ən böyük yanacaq növü məhz benzindir. Əksər hallarda mal və xidmətlərin maya dəyərində bu qiymətlər əks olunur. Benzinin bahalaşması növbəti dövrlərdə mərhələli şəkildə əhalinin istehlak edəcəyi bütün növ mal və xidmətlərin qiymətinə sirayət edər. Benzinin qiymətinin qalxması inflyasiya səviyyəsini də yüksəldər. Əhalinin gəlirlərində artım olmadığı bir dövrdə mal və xidmətlərin bahalaşması sosial problemləri artır. Bu baxımdan yüksək inflyasiyanın olduğu və hökumətin bu inflyasiyaya təzyiq cəhdlərinin müşahidə edildiyi halda belə bir qərarın qəbul edilməsi dövlət siyasəti ilə ziddiyyət təşkil edir. Ona görə də benzin qiymətinin artmasını aşağı ehtimal olunan addım kimi qiymətləndirirəm”.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|