“Ya BBC Azərbaycanda fəaliyyətini dayandırmalıdır, ya da...” – Mətbuat Şurası




      Bölmə: Gündəm Tarix: 03.09.2023 / 13:53

“Son vaxtlar BBC telekanalı, o cümlədən, bu media qurumunun Azərbaycan xidməti tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir, onların “fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir. Bütün bunlar Azərbaycan xalqında haqlı narahatlıq və narazılıq, qəzəb və hiddət doğurur”.


44gun.az
xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda bildirilir.


Bildirilir ki, BBC-nin belə dəst-xətti jurnalistika prinsiplərinə aşkar sayğısızlıqdır, sivil media dəyərlərinə həqarətdir:


“Azərbaycan cəmiyyəti hesab edir ki, jurnalistika manipulyativ missiya daşımamalı, azad sözün imkanlarından sui-istifadə yolu tutmamalıdır. BBC və onun Azərbaycan xidməti bu tələbə əhəmiyyətsiz yanaşır, Qarabağdakı separatçılardan qalma tör-töküntülərə tribuna verir, onların söylədiklərini böyük canfəşanlıqla yayımlayır, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsl həqiqətləri arxa plana keçirir.


BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir. Bu yanaşma xalqımızın iradəsinə və mövqeyinə kökündən ziddir. Qətiyyətlə bildiririk ki, BBC-nin Qarabağdakı separatçı qüvvələrin təmsilçilərinə efir şansı tanıması, mövcud xüsusda reallığa zidd olan saxta sentimentallıq səhnələrinə yer ayırması dünya ictimaiyyətini çaşdırmaq və onda yanlış rəy formalaşdırmaq cəhdidir.


BBC-nin yolverilməz fəaliyyəti dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə təhdidi adiləşdirir, normaya çevirir, dünyanın müxtəlif bölgələri üçün də son dərəcə təhlükəli presedent yaradır. Bu, sülhə və əminamanlığa, asayişə və firavanlığa yad təmayüldür. Dünyada məşhur, jurnalist etikası sahəsində örnək sayılan media qurumunun avantürist siyasətin alətinə çevrilməsi böyük təəssüf hissi doğurur.


Cəmiyyətimiz, habelə media ictimaiyyətimiz BBC-nin və onun Azərbaycan xidmətinin jurnalist etikasına son dərəcə laqeyd dəst-xəttini, bu dəst-xətdən irəli gələn ayrı-ayrı məqamları pisləyir, belə hallara qarşı tədbirlərin görülməsini zəruri sayır. Mətbuat Şurası ölkəmizin media cameəsinin baxışlarını, ümumən xalqımızın maraq və mənafelərini ifadə edərək, bu qənaətə gəlir ki, BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması arzuolunmazdır. Ya bu media qurumu üzr istəyərək ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı öyrənməli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)