Qəşəm Nəcəfzadə naziri tənqid etdi, deputatla əlbəyaxa oldu




      Bölmə: Gündəm Tarix: 01.09.2023 / 18:10

Şamaxıda keçirilən "Azərbaycan dili və ədəbiyyatı forumu”nda gərgin anlar yaşanıb.

44gun.az "Qaynarifo"ya istinadən xəbər verir ki, şair Qəşəm Nəcəfzadə və deputat Nizami Cəfərovun arasında az qala yumruq davasına çevrilən qalmaqal baş verib.

Məlumata görə, Qəşəm Nəcəfzadə elm və təhsil naziri Emin Əmrullayevi sərt tənqid edib. Şair bildirib ki, orta məktəblər üçün nəzərdə tutulan dərsliklərdə ciddi nöqsanlar mövcuddur.

Deputat Nizami Cəfərov isə Qəşəm Nəcəfzadəyə çıxışını davam etdirməyə imkan verməyib və nazirin müdafiəsinə qalxıb. Bununla da tədbirin keçirildiyi zalda az qala "savaş baltaları” göyə qalxıb. Qəşəm Nəcəfzadə deputatın müdaxiləsinə sərt reaksiya verib və onun barəsində kəskin ifadələr işlədib. Əsəbdən özünə nəzarəti itirən şair nümayişkaranə şəkildə deputata hücum edib. Tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni sakitləşdirməyə çalışıblar. Uzun sürən gərgin anlar toplantı iştirakçılarının müdaxiləsi ilə nisbətən səngiyib. Tədbir iştirakçıları Qəşəm Nəcəfzadəni çətinliklə olsa da, zaldan çıxarda biliblər.

Qəşəm Nəcəfzadə açıqlamasında məlumatı təsdiqləyib:

"Tədbirdə elm və təhsil naziri Emin Əmrullayevə irad bildirdim. Dedim ki, sizin rəhbərlik etdiyiniz nazirlikdən xəbəriniz belə yoxdur. "Altun” nəşriyyatının direktoru Rafiq İsmayılov dəsrslikləri yaman günə qoyur, uşaqların biliyini, əxlaqını, etika-estetikasını korlayır. Qafiyəsiz, zəif, ədəbiyyata dəxli olmayan şeirləri dərsliklərə salır. Nəşriyyatın direktorudur, 1-ci sinifdən 9-cu sinifə kimi Azərbaycan dili dərsliyinin müəllifidir. Amma özü Azərbaycan dilini bilmir. Adam rusdillidir. Nazirə dedim ki, siz necə nazirsiniz ki, dərsliklərdən xəbəriniz yoxdur".

Qəşəm Nəcəfzadə bildirib ki, onun sərt iradlarına Nizami Cəfərov reaksiya verib:

"Ön sırada oturmuşdu. Çıxışımı bitirməyə belə imkan vermədi və naziri müdafə elədi. Dedim ki, "Nizami müəllim, siz elm və təhsil nazirisiniz? Nazirin yerinə niyə cavab verirsiniz? Nə vaxt sualı sizə ünvanlasam, onda da cavab verərsiniz. Mən sualı elm və təhsil nazirinə ünvanlamışam, zəhmət çəkib cavab versin. Nizami Cəfərov etiraf etdi ki, qaldırdığım problemlər doğrudur, lakin yenə də kobudluğunu davam etdirdi. Mən də soruşdum ki, bu problemlərdən xəbəriniz varsa, niyə səsinizi çıxartmamısınız? Bu günə kimi sizin səsinizi eşitməmişəm. Kimdən qorxursunuz? Niyə cəsarətiniz yoxdur?”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)