Ata-oğulun avtomobillərinin toqquşması qəzasının təfərrüatı AÇIQLANDI - RƏSMİ




      Bölmə: Hadisə Tarix: 28.08.2023 / 17:36

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ucarda ata-oğulun avtomobillərinin toqquşması qəzasının təfərrüatını açıqlayıb.

 

BDYPİ-dən “Report”a bildirilib ki, 27 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Ucar-Zərdab yolunun Qazyan kəndindən keçən hissəsində, 1956-cı il təvəllüdlü Əhədov Tahir Musa oğlu idarə etdiyi "VAZ-2107" markalı, 10-ME-212 dövlət qeydiyyat nişanlı avtomobillə 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq geriyə dönmə üçün nəzərdə tutulmayan yerdən yaşadığı Qazyan kəndinə dönmək istəyərkən, "VAZ-2107" markalı, 61-BA-157 dövlət qeydiyyat nişanlı maşınla onunla eyni istiqamətdə hərəkət edən oğlu - 1984-cü il təvəllüdlü Abdul Əhədovla toqquşub:

 

"Valideynin idarə etdiyi avtomobillə yolu nəzərdə tutulmayan yerdən dönməyə cəhd edərək yaratdığı çaşqınlıq, övladın isə nəqliyyatı idarəetmə zamanı diqqətsizliyi və qarşıda gedən avtomobillə yetərincə ara məsafəsi saxlamadığı üçün təhlükədən yayına bilməməsi nəticəsində, ailə başçısı Tahir Əhədov qəzada xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol-nəqliyyat hadisəsinin xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməyə, hərəkət zamanı diqqətli olmağa, qəfil baş verə biləcək təhlükələrdən yayınmaq üçün hərəkət zamanı qarşıda gedən nəqliyyat vasitələri ilə kifayət qədər ara məsafəsi saxlamağa çağırır".

 

"Unutmayaq ki, yol hərəkəti qaydalarını pozmaq, bəzən bərpası mümkün olmayan itkilərə yol açır!", - açıqlamada qeyd olunub.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)