"Azəriqaz"dan əhaliyə XƏBƏRDARLIQ: Qəti qadağandır...




      Bölmə: Gündəm Tarix: 27.08.2023 / 16:05

"Sayğacdan sonra layihə-smeta sənədlərinə uyğun olaraq heç bir kəməri bağlı yerlə aparmaq olmaz. Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır".

44gun.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.

Qurum rəsmisinin sözlərinə görə bəzi abonentlər gizli şəkildə qaz borularını yerin altı ilə çəkir.

"Bu kimi edilən dəyişikliklər sonda bədbəxt hadisə ilə nəticələnir. Abonentlərdən bu mövzuda son dərəcə diqqətli olmaları xahiş olunur. Qaz borularının yerin altı ilə aparılması qadağandır. Bu zaman qaz sızması halları yoxlanışlarda hiss olunmadığından əksər hallarda partlayış baş verir. Buna görə də mümkün qədər diqqətli olmaq lazımdır", - deyə şöbə rəisi bildirib.

Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev sosial şəbəkə üzərindən borc saldosunun necə əldə olunması ilə bağlı ünvanlanan suala aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə müraciət etməlidir.

"Vətəndaşlar müraciət zamanı şəxsiyyət vəsiqəsinin əslini təqdim etməli, sayğac nömrəsi və ya abonent kodu haqqında hər hansı bir məlumatdan istifadə etməlidirlər. Bununla da borc saldosunu əldə edə bilərlər. Qeyd edək ki, bunun üçün heç bir rüsum tələb olunmur", - deyə İbrahim Kərbalayev qeyd edib. Daha sonra görüş media nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)