"Azərbaycanda güclü zəlzələ olacaq deyib paylaşım edirlər, amma..." - Yayılan xəbərlərə RƏSMİ CAVAB




      Bölmə: Xəbər Tarix: 27.08.2023 / 00:31

"Zəlzələdən anlayışı olmayanlar ağzına gələni danışır, yayır, insanları panikaya salır".
 
Son zamanlar Azərbaycanda baş verən zəlzələlər əhali arasında təşvişə səbəb olub. Bundan istifadə edən bəzi sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan informasiyaları tirajlayıb, cəmiyyət arasında panika yaradır, özlərinə reytinq qazanırlar.

Xüsusən də "Youtube"daki bəzi kanallarda  və "Tik-Tok" səhifələrində bildirilir ki, Azərbaycanda güclü zəlzələ gözlənilir. 

 


Mövzu ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli yayılan informasiyaların tamamilə əsassız olduğunu bildirib:

"Azərbaycanda hər gün xırda təkanlar olur. Bunların içərisində hiss olunanı da ola bilər, hiss olunmayanı da. Ancaq katastrofik (9-10) bal gücündə dağıdıcı, güclü zəlzələ olması ehtimalı yoxdur. Baş verən təkanlar qorxulu bir şey deyil. Azərbaycanda elə bir zona yoxdur ki, orda katastrofik zəlzələ gözlənilsin. Mütəmadi olaraq zəlzələnin analizini Respublika Seysmoloji Xidmət Mərkəzi il boyu aparır. Ötən günlərdə rayonlarda 5 bala yaxın zəlzələ oldu. Bir dənə də binada dağıntı baş vermədi".

Qurban Yetirmişli vurğulayıb ki, baş verən təkanlar güclü zəlzələ hesab olunmur:

"Buna da don geyindirməsinlər. Bu haqda yanlış fikirlər yayanların zəlzələ haqqında heç bir məlumatı yoxdur. Zəlzələnin zəif, orta, güclü, hiss olunan, dağıdıcı növləri var. Bu gecə 41-ə yaxın təkan olub, heç biri də hiss olunmayıb. Barbar bağırırlar ki, güclü zəlzələ olacaq. Bağıranlar bu sahənin mütəxəssisləri deyil, bizim təşkilatda elə insanlar çalışmır. Zəlzələnin proqnozu üzrə komissiya var, analizlər aparılır. Şaiələrə inanmayın. Jurnalistlər də bu mövzuda fikir öyrənərkən baxsınlar danışan bu sahənin adamıdır, ya yox!”

Bəs maraqlıdır, sosial şəbəkələrdə zəlzələ ilə əlaqədar yalan məlumat yayanları, təşvişə səbəb olanları hansı cəza gözləyir?

Ümumilikdə bu məsələ İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən tənzimlənir.

Belə ki, yayılması qadağan edilən informasiyanın internet-informasiya şəbəkəsində yerləşdirilməsi, bunun qarşısının alınmaması inzibati məsuliyyət yaradır. Bu cür hallar müvafiq olaraq "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun pozulması deməkdir.

Qeyd edilən inzibati xətalara görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər. İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir./azxeber.com/





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)