"Bakı, Gəncə, Quba, Şamaxıda 8-9 ballıq zəlzələ ehtimalı böyükdür" - Seysmoloq




      Bölmə: Gündəm Tarix: 23.08.2023 / 14:34

Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 ballıq zəlzələ olub. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib, episentrdə 4 bala yaxın hiss edilib. Son zamanlar ölkəmizdə yeraltı təkanların sayının artması insanlarımızın haqlı narahatçılığına səbəb olub. Xüsisən də, Türkiyədə baş verən və on minlərlə insanın həyatına bais olan zəlzələdən sonra hər kəs bu məsələyə daha həssas yanaşır. Bu baxımdan, gecə baş verən 5 ballıq zəlzələ çoxlarını  qorxutdu desək, yanılmarıq. Maraqlıdır, Azərbaycanda dağıdıcı zəlzələnin olma ehtimalı nə qədərdir və bu mənada ölkəmizdə hansı bölgələr riskli zona hesab edilir?

Mövzu ilə bağlı  Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, seysmoloq Ənvər Əliyev dedi ki, Azərbaycan ərazisi dünyanın ən tektonik baxımdan ən aktiv üç  dağ əmələgəlmə - zəlzələ zonasında yerləşir və burada  orta ballı zəlzələlərin olmağı mütləqdir:

"Bunun nə vaxtını, nə məkanını biz bilə bilmərik. Yalnız seysmoloji xəritə əsasında qismən nəyisə müəyyənləşdirmək olar.

Cənub zonasında yerləşən dağ silsiləsi ən cavan dağ sistemidir. Həmin ərazilərdə qalxma prosesi gedir. Bu ərazilərdə 5-7 bal arası zəlzələnin olmağı normal haldır və gözləniləndir."

Seysmoloq qeyd etdi ki, ümumiyyətlə, Azərbaycanda da tektonik hərəkətlər tez-tez qeydə alınır. Sadəcə balı aşağı olduğu üçün biz bunları hiss etmirik:

"Dünyanın üç ən böyük tektonik cəhətdən yüksək olan seysmik qurşaqları var. Bunlardan biri Alp-Himalay qurşağıdır ki, biz də bura daxilik. Bu qurşağa daxil olan ölkələrdə zəlzələ olması çox adi haldır"

Ə.Əliyevin sözlərinə görə, təbii fəlakətdən sığortalanmadığımız halda, bu barədə ciddi şəkildə düşünməli və tədbirlər görməliyik:

"Hökumət ciddi bir qərarla Fövqəladə Hallar Nazirliyinə, yerli icra orqanlarına tapşırmalıdır ki, tikilən binalar mütləq seysmoloji baxımdan mühitə uyğun tikilməlidir. Çünki Bakı, Gəncə, Quba, Şamaxı bu ərazilərdə 8-9 ballıq zəlzələ olma ehtimalı daha böyükdür.

İnsanları zəlzələ yox məsuliyyətsizlik öldürür. Belə halların olmamağı üçün tədbirlər görməliyik. Əgər başqa ölkədə 9 bal gücündə zəlzələdə bina çökmürsə, demək ki, ərazilərini nəzərə alaraq binaları dayanıqlı tikiblər"./news24.com/






SON XƏBƏRLƏR
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
9-11-2023, 00:53
Niyə hansısa evli kişinin pulu ilə... - Xoşqədəm
9-11-2023, 00:29
Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI
9-11-2023, 00:23
Noyabrın 9-u və 10-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
9-11-2023, 00:18
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO
9-11-2023, 00:08
9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür
9-11-2023, 00:02
Türk aparıcıdan Xoşqədəmə qarşı gözlənilməz addım - FOTO