Cavanşirdən Lalə Azərtaşa: “Sən “Xəzər” kanalını heyvanxanaya bənzədirsən?” - VİDEO |
Bölmə: Şou |
Tarix: 23.08.2023 / 12:32 |
Əməkdar artist Cavanşir Məmmədov növbəti dəfə “Təsir Dairəsi” ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaşa sərt mesajlar yollayıb.
44GÜN.AZ xəbər verir ki, sənətçi qonaq olduğu “Gəl danış” ictimai-sosial proqramda "kürəkəni", türk vətəndaşı Mustafa İbili ilə yaşadığı qalmaqallı məhkəmə çəkişməsindən danışıb.
Cavanşir bildirib ki, sözügedən məsələni verilişində işıqlandıran Lalə proqram boyunca Mustafanı müdafiə edib. Aparıcının “Verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm” sözlərinə Məmmədovun cavab reaksiyası belə olub: “Təsir dairəsi” ictimai-sosial verilişinin aparıcısı Lalə Azərtaş deyir ki, bu adam (“kürəkəni” iş adamı Kemal Mustafa İbilini nəzərdə tutur - red.) efirin bitməsinə 15 dəqiqə qalmış verilişə gəlib, biz heç bilmirik o nə danışacaq. Belə bir şey ümumiyyətlə televiziya və radio tarixində olmayıb. Məsələn mən verilişdə filankəslə danışıram həmin an kimsə gəlib bizim danışığımıza müdaxilə edir. Sən (Lalə Azərtaş – red.) televiziya məkanını sirkə bənzədirsən. Deyir ki, verilişimə şir kimi gəlib, pişik kimi gedən görmüşəm. “Xəzər” televiziyasının studiyasını sən sirkə, heyvanxanaya bənzədirsən? Deyir ki, mən hakiməm. Lalə xanım, hakim prezidentin sərəncamı ilə təqdim edilir. Sən nəyin hakimisən? Sən jurnalistikanı bitirmisən? Deyir ki, Kemal Mustafaya dələduz deməyin. Niyə o “peyğəmbər”dir ki? Dələduz bəs kimə deyilir?”.
Qeyd edək ki, Mustafa İbili həmin verilişə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.
Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|