Bakı Bələdiyyə Teatrının aktrisası, Əməkdar artist Hüsniyyə Mürvətova Rusiyanın istehsal etdiyi serialda baş rollardan birində oynamaq üçün dəvət alıb.
Bu barədə Lent.az-a məlumat verən aktrisa bildirib ki, çəkilişlər artıq başlayıb.
“Rusiyanın "Домашний" kanalının sifarışi ilə “GP Sinema” şirkətinin istehsalı olan "Абрикосовая горечь"- “Ərik açıcı” mini serialında əsas rollardan birinə, Məleykə roluna çəkilmişəm. Serialda Məleykə türk qayınanadır. Kürəkənim Camal rolunda isə azərbaycanlı aktyor Rüstəm Cəbrayılov oynayır. Çəkilişlərin bir hissəi Belarusda, bir hissəi Rusiyada aparılıb.”,- deyə aktrisa bildirib.
Bəs Hüsniyyə xanıma bu dəvət necə gəlib?
Sualımızı cavablandıran aktrisa bildirib ki, “Actors Agency of Azerbaijan” agentliyi onun təqdimatını verib, istehsalçı şirkət də bəyənib. Agentlik istehsalçıya yalnız Hüsniyyə xanımın adını göndərib.
Film tezliklə ekranlara çıxacaq.