Tanınmış professordan əhaliyə XƏBƏRDARLIQ - Yayılan virus...




      Bölmə: Xəbər Tarix: 21.08.2023 / 09:47

Koronavirusun omikron ştammının yeni variantı olan "EG.5" dünyada sürətlə yayılmağa başlayıb.

44GÜN.AZ xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, bu günə qədər 50-dən çox ölkədə "EG.5" virusuna rast gəlinib.

Adı çəkilən virusun Azərbaycanda aşkarlanmadığı rəsmi şəkildə açıqlanıb. Lakin bir çox şəxsin yay aylarında koronavirusun əlamətlərinə bənzər narahatlıqlar keçirməsi virusla bağlı müəyyən suallar ortaya qoyub.


Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Tanınmış professor bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının elan etdiyinə əsasən pandemiya bitib: "Lakin bu, o demək deyil ki, infeksiyalar qurtarıb. Sadəcə olaraq yenidən infeksiya mənşəli pandemiya ola bilməz.

Omikron ştammının mutasiya prosesi davam edir. Hazırda müxtəlif ştamlar bəzi yerlərdə xırda epidemioloji ocaqlar yaradır. Ölkəmizdə, xüsusilə Bakıda bir neçə il bundan qabaq kütləvi xəstələnmələr var idi. Bu gün də həmin proses müyyən qədər davam edir.

Böyük Britaniyada Omikron ştamının aşkar edilmiş yeni variantı təsadüfi deyil. Mutasiya o vaxta qədər davam edəcək ki, ya virus tamamilə yoxa çıxsın, ya da insanların həyatında adi soyuqdəymə törədən virusa çevrilsin. Hər halda bu proses gedir.

Yay aylarında soyuqdəymələrin əksər səbəbi Omikronun, mutasiya ştammlarının olmasdır"./baku/ws/ 






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)