Ərinin ölümünə dözmədi, kazinoya getdi, vətəndən uzaqda vəfat etdi




      Bölmə: Mədəniyyət Tarix: 20.08.2023 / 11:59

44GÜN.AZ Kulis.az-a istinadən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova haqqında maraqlı faktları təqdim edir.

Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub.

***

Hekayələri "Ədəbiyyat və incəsənət" qəzetində, "Azərbaycan", "Ulduz" jurnallarında dərc olunub. "Babamın muzeyi" adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Yaradıcılığında "Quyu" tamaşasının musiqisi, "Qızıl oğlan" musiqili nağılı xüsusi yer tutur. O, "Yollar görüşəndə", "Ömrün yolları", "Qonşu qonşu olarsa" və bir çox pyeslərin müəllifidir. Filmoqrafiyasında 50-ə yaxın film vardır.

"Qonşu qonşu olarsa" tamaşasının çəkilişləri zamanı Ruhəngiz xanım rekvizitlərin çoxunu evindən gətirib. O, müsahibələrinin birində bu barədə deyir:

"Tamaşada masada yeyilən borşu mən bişirmişəm, evdən kotlet də gətirmişəm. Divardan asılan saatı, yapon qızlarının şəkli olan təqvimi, tamaşada iştirak edən aktrisa Səidə Quliyevanın əynindəki yapon xalatını da mən gətirmişdim".

Bəstəkarın atası 54 yaşında dünyasını dəyişib. Atası vəfat edən zaman Ruhəngiz xanımın iyirmi yaşı olub. O, həmin günləri xatırlayarkən deyir:

"Bəlkə də, Qaqarin kosmosa uçmasaydı biz dərd içində boğulardıq. Neyçün? Aprelin 8-də mənim atam 54 yaşında dünyasını dəyişdi. Atamın yeddisini verməyə hazırlaşırdıq, xəbər gəldi ki, Qaqarin kosmosa uçub. Süni peyklərin orbitə getməsindən, Laykanın uçmasından xəbərimiz vardı deyə, insanın uçmağı da gözlənilən idi. Əlbəttə, bu, çox möhtəşəm idi. Ondan sonra Tereşkova, Nikolayev, Titov uçmuşdu. Artıq biz sovet vətəndaşlarının kosmosa uçmağını adi şey kimi qəbul edirdik".

Ruhəngiz Qasımova 75 yaşında Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə bəstəkar belə cavab verib: "Musiqi bəstələyəndən sonra yazı masama hücum çəkirəm. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm.

Fikrət Qoca zəng edib təzə mahnı mətnlərini deyirdi. Bizim iş prinsipimiz çox orijinal idi. O bilirdi ki, mən makinadan çıxan mətnlə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. İyirmi ildir "Soverşenno sekretno", "Sobesednik" və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən "azartnı" adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.

***

Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın həyat yoldaşı Vasif Süleymanov 16 dekabr 2021-ci ildə vəfat edib.

Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Ruhəngiz xanımın vəfatı ilə bağlı danışarkən onun Honq-Konqda yaşayan qızının yanında vəfat etdiyini deyib:

"Təxminən, 20 gün öncə qızının yanına - Honq-Konqa getmişdi. İndi bilmirəm Honq-Konqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq bilirəm ki, Azərbaycanda deyil. Bilmirəm, orda dəfn olunacaq ya burda. Çünki yolun xərci çoxdur. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki! Ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar".

***

Bəstəkar özü haqqında belə deyirdi:

"Mən Bakıda doğulmuşam, burda böyüyüb, buranı havasını udmuşam. Honq-Konqa qızımın yanına gedəndə, darıxıram. Çünki orada heç kim məni telefonla axtarmır. Amma burda üç mobil telefonum, iki ev telefonum var. Hər gün o telefonlardan mənə zənglər gəlir. Nə zaman, o zənglər sussa, deməli onda mən də olmayacam".

 






SON XƏBƏRLƏR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq