Ermənistan MTN-inə “soyuq duş”: Baku TV-nin Ermənistandan hazırladığı reportaj qalmaqal yaratdı - FOTO




      Bölmə: Gündəm Tarix: 19.08.2023 / 18:52

Baku TV-nin Ermənistandan hazırladığı reportaj "daşlar diyarı”nda böyük səs-küyə səbəb olub və qonşu ölkənin dövlət təhlükəsizlik sisteminin zəifliyini göstərib.

Caliber.Az xəbər verir ki, "Hraparak” nəşri "Eko-Media” qeyri-hökumət təşkilatının təsisçisi Narine Kirakosyanın bəyanatını dərc edib. Kirakosyan Ermənistanda Azərbaycan kanalının çəkilişinə bir neçə yerli ekoloqun kömək etdiyini, onların müsahibə verdiyini və Zəngəzur mis-molibden kombinatı və digər yerli mədən şirkətləri barəsində danışdığını bildirib.
Məqalədə deyilir ki, Baku TV-nin jurnalistləri erməni toponimlərindən istifadə etmədən erməni ekoloqlarını yerli mədən şirkətlərinin Zəngəzurda baş verən ekoloji fəlakətin günahkarları olduğunu deməyə məcbur ediblər.

"Bilmirəm, Ermənistan Milli Təhlükəsizlik Xidməti videoda iştirak edən şəxsləri dindirib, onlardan bu Azərbaycan kanalına necə və niyə müsahibə verib-vermədiklərini soruşubmu?” -  deyə Narine Kirakosyan yazır.

Bundan əlavə Narine Kirakosyan deyir ki, o, artıq üç nəfərdən Baku TV-yə niyə rus dilində müsahibə verdiyini soruşub. Cavabında "Ecolur” ictimai təşkilatının rəhbəri İnqa Zarafyan bildirib ki, azərbaycanlı jurnalistlər ona özlərini Rusiyanın Bloknot.ru redaksiyasının müxbirləri kimi təqdim edib və ilkin olaraq elektron sorğu ediblər. Bundan sonra  onlarla görüşüb və müsahibə verib.

Erməni nəşri xəbər verir ki, yerli sakin Albert Atayan və Qafan rayonunda hamının tanıdığı ekoloji ictimai təşkilatın rəhbəri Vladik Martirosyan da Azərbaycan telekanalına müsahibə verib. Vladik Martirosyandan Baku TV-yə müsahibə verməyi xahiş edən məhz Albert Atayan olub. Atayanın dediyinə görə, Baku TV-nin müxbirinin yanında erməni oğlan olub, o da özünü "Mir” telekanalının operatoru Tiqran kimi təqdim edib.
Biz də Ermənistana girib, bu ölkənin xüsusi xidmət orqanlarını hərifləyib, yerli ekoloqları həm yerli əhalini, həm də bütün bölgə əhalisini yavaş-yavaş öldürən Qafan və Qacaranın mədən sənayesinin səbəb olduğu ekoloji fəlakətin miqyası barədə bütün həqiqəti söyləməyə məcbur edən Baku TV-dən olan həmkarlarımızın yüksək məharətini qeyd edirik.

"İnformasiya sahəsində Ermənistan milli təhlükəsizlik sisteminin sıradan çıxması, daha doğrusu, bütün mövcud resursların bir şəxsin fiziki təhlükəsizliyinə və onun hakimiyyətinin saxlanmasına yönəldilməsi səbəbindən məğlubiyyətə uğrayır”, - nəşr yazır.









SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)