Qəzəb, narahatlıq, səbirsizlik... - Həddindən artıq istilər psixi sağlamlığı pozur




      Bölmə: Sosial Tarix: 18.08.2023 / 23:13

Ardıcıl şəkildə məruz qaldığımız isti hava dalğaları fiziki və psixoloji sağlamlığımızı təhdid edir. Risk qrupundakı bəzi insanların həddindən artıq isti və rütubətli dövrlərdə normal şərtlərdən olduqlarından daha qəzəbli, aqressiv və dözümsüz ola biləcəyi vurğulanır.

Yay ayları bir çox ölkələrdə həddindən artıq isti keçir. Qlobal istiləşmə nəticəsində yaranan iqlim şəraiti təbiətdəki tarazlıqları dəyişdirməklə yanaşı, insan təbiətini də dəyişə bilər.

Həddindən artıq isti və rütubət insan sağlamlığını təkcə fiziki deyil, həm də psixoloji cəhətdən risk altında qoyur. Bədənin tarazlığının pozulması ruhən də həyəcan yaradır. Bəs bu dövrlərdə ən çox hansı psixoloji şikayətlər artır? Hansı qruplar risk altındadır? Kəskin istilərdə psixi sağlamlığımızı qorumaq üçün nələrə diqqət etməliyik?

“Müəyyən temperatur artımlarının psixi sağlamlıq problemlərinin baş vermə tezliyini artırdığını göstərən tədqiqatlar var. Kəskin istilər dövründə bir çox fərqli psixi klinik problemlər də görünə bilər" bu sözləri Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Ruh Sağlamlığı Fundamental elm sahəsi üzrə mütəxəssis Professor Dr. Ömər Yanartaş deyib. O, həddindən artıq istilərin təsirli olduğu günlərdə insanların əhvalındakı mənfilikləri belə sıralayır:

“Temperaturun artması ilə insanlar daha çox şiddətə və aqressiyaya meyilli olurlar. Tolerantlıq azalır. İnsanlararası münasibətlər pozula bilər. Depressiyaya daha meyilli olan insanlar belə havalarda tez depressiyaya düşə bilərlər. Xüsusilə, demans və şizofreniya kimi əsas psixotik xəstəlikləri olan və müntəzəm psixiatrik müalicə alan insanlarda risk statusu daha yüksəkdir.”

“Psixi xəstəlikləri fiziki xəstəliklərdən ayırmaq olmaz”

Yanartaş ruhi xəstəliklərin fiziki xəstəliklərdən ayrıla bilməyəcəyinə də diqqət çəkir. Mütəxəssis bildirir ki, “Psixi sağlamlığımız bədənimizə, fiziki problemlər isə psixi sağlamlığımıza təsir edir” deyir. O vurğulayır ki, xroniki xəstəlikləri olan insanlar həddindən artıq isti havada psixoloji vəziyyətinə də diqqət yetirməlidirlər:

Bəzən insanlarda “Xəstəliyim daha da pisləşir” kimi bir fikir yarana bilər. Belə şeyləri də müşahidə edə bilirik. Temperaturun artması bir qədər depressiya ilə əlaqəli olduğundan, xroniki xəstəlikləri olan xəstələrin müntəzəm dərman istifadəsinə motivasiyası azala bilər. Bu zaman onlar müalicələrini gecikdirə bilərlər.

İsti hava həm də bəzi xroniki xəstəliklərlə əlaqələndirilir... Məsələn, çox isti hava qalxanabənzər vəzin funksiyalarını pozur. Qalxanabənzər vəzinin alt funksiyası olan hipotiroidizm depressiya ilə sıx bağlıdır”.

Duyğuları idarə etmək mümkün olmadıqda, bir mütəxəssislə məsləhətləşməlisiniz.

Professor Yanartaş, xüsusilə, orta yaşlı kişilərdə isti havalarda şiddət və təcavüzə meylin artdığını bildirir. O deyir ki, siqaret, spirt və ya narkotik maddə istifadə edən insanlar da bu nöqtədə risk altındadır.

“İsti dalğaları, əslində, müəyyən mənada zehni stress mənbəyidir və insanların özünüdərketmə səviyyəsi aşağıdırsa, emosiyalarını idarə etməkdə yaxşı deyillərsə, daha çox problem yaşaya bilərlər” professor deyir. O, bildirir ki, əgər bu vəziyyət ətraf mühitə ziyan vurmaq həddinə çatırsa, o zaman peşəkar dəstək almaq mütləqdir.

Bəs həddindən artıq istidə psixi sağlamlığı qorumaq üçün nə etmək olar?

Yanartaş bildirir ki, isti havalarda ruh sağlamlığını qorumaq üçün fiziki sağlamlığın da qorunması lazımdır. O, edilməsi lazım olanları belə sadalayır:

“Bu mövzuda fiziki sağlamlıq və qidalanma çox vacibdir. Çünki, aşağı qan şəkəri və həddindən artıq maye itkisi kimi bəzi hormonal dəyişikliklər psixi sağlamlığımız üçün stress yaradır. Buna görə də yuxu rejimimizi sabit tutmağa çalışmaq, mümkün qədər uyğun miqdarda maye qəbul etmək, alkoqol və siqaret istifadəsini azaltmaq üçün əlimizdən gələni etməliyik. 

Yuxu rejimi kritik dərəcədə vacibdir. Əgər insan yata bilmirsə, gün ərzində diqqət dağınıqlılığı yaşaya bilər, depressiyaya düşə və narahat ola bilər. Yuxunun keyfiyyətini pozmamaq üçün yatmazdan ən az 5-6 saat əvvəl qəhvə, çay, siqaret kimi stimullaşdırıcıları kəsmək, çox maye qəbul etməmək lazımdır. Həmçinin yuxudan əvvəl sosial mediadan istifadə etmək əvəzinə sizi yuxu rejiminə keçirəcək və rahatlaşdırıcı işlər görmək yuxu keyfiyyətini yaxşılaşdıracaq.

Bizi maraqlandıran şeylərdən biri də insanların həyatlarında az da olsa rutin qurmalarıdır. Bu nəfəs məşqləri, meditasiya və ya bəzi dini rituallar ola bilər. Bunlar, əslində, sadəcə qoruyucudurlar. İnsanlar münasibətlərini bu cür rutinlərlə tarazlaşdırdıqda, qeyri-sağlam reaksiya vermək nöqtəsinə gəlmirlər".






SON XƏBƏRLƏR
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
9-11-2023, 00:53
Niyə hansısa evli kişinin pulu ilə... - Xoşqədəm
9-11-2023, 00:29
Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI
9-11-2023, 00:23
Noyabrın 9-u və 10-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
9-11-2023, 00:18
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO
9-11-2023, 00:08
9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür
9-11-2023, 00:02
Türk aparıcıdan Xoşqədəmə qarşı gözlənilməz addım - FOTO