Hakim və prorektorun adından dələduzluq etdi - Cəza verilmədi




      Bölmə: Gündəm Tarix: 16.08.2023 / 19:00

Dələduzluqda və rüşvətə təhrik etməkdə ittiham olunan 42 yaşlı Ülviyyə Abasovanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən dəymiş ziyanın ödənilməsi nəzərə alınaraq cinayət işinə xitam verilib. 

Məhkəmə istintaqı zamanı məlum olub ki, təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin hakimi Ziya Şirinov və Memarlıq və İnşaat Universitetinin prorektoru Orxan Naqdiyevin adından istifadə etməklə iki nəfərin 3700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Ü.Abasova zərərçəkmişlərdən birinə özünün hakim Ziya Şirinovun tanışı olması barədə yalan məlumat verib, onunla bağlı həmin məhkəmənin icraatında olan mülki işin həllinə kömək edəcəyini deyib. O, işin həll edilməsi üçün Ziya Şirinova 1700 manat pul çatmalı olduğunu deyib. Zərərçəkmiş həmin məbləği ödəmə terminalı vasitəsilə təqsirləndirilən şəxsə çatdırıb.

Digər zərərçəkmiş isə yeniyetmə oğlunun Memarıq və İnşaat Universitetinə qəbul olunması üçün təqsirləndirilənə 2 min manat verib. Zərərçəkmiş ifadəsində deyib ki, Ülviyyəni hüquqşünas kimi tanıyıb, oğlunun qabiliyyət imtahanından keçməsinə kömək etmək məqsədilə ona pul verib. 

Ü.Abasova universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyevlə münasibətinin olduğunu, işin həll ediləcəyinə söz verib.

O.Naqdiyev özü də məhkəmədə ifadə verib. O, təqsirləndirilən şəxsi tanımadığını deyib.

Hakim Rasim Sadıxovun sədrlik etdiyi hakimlər heyəti əvvəllər dəfələrlə dələduzluğa görə məhkum edilmiş Ü.Abasovanı bu dəfə cəzalandırmayıb.

Dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxslərin şikayətlərinin olmaması onun işini yüngülləşdirib. Verilmiş ittihamdan Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddəsi xaric edilib, 178.2.2-ci (təkrar dələduzluq) maddəsi üzrə isə cinayət təqibinə xitam verilib. Ü. Abasova barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib./qafqazinfo.az/






SON XƏBƏRLƏR
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
9-11-2023, 00:53
Niyə hansısa evli kişinin pulu ilə... - Xoşqədəm
9-11-2023, 00:29
Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI
9-11-2023, 00:23
Noyabrın 9-u və 10-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
9-11-2023, 00:18
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO
9-11-2023, 00:08
9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür
9-11-2023, 00:02
Türk aparıcıdan Xoşqədəmə qarşı gözlənilməz addım - FOTO